Ali-Muhəmmədin sirləri
115
Biz elə bir Əhli-Beytik ki, elmimiz Allahın elmidir, sözlərimiz Allahın
doğru hökmündəndir və dinlədiklərimiz də doğru sözlərdir. Əgər bizə tabe ol-
sanız bəsirətimizlə hidayət taparsınız. Bizdən üz çevirsəniz, Allah sizi bizim
əllərimizlə və ya istədiyi şeylərlə cəzalandırar.
Biz islamın üfüqüyük. Aramla hərəkət edən bizə çatar və tövbəkar bizə
qayıdar.
Allaha and olsun ki, əgər tələsməsəydiniz və haqq təxirə düşməsəydi
ərəb və qeyri-ərəb gənclər barəsində sizə xəbərlər verərdim. Vaxtı yetişmədən
Muhəmmədin Əhli-Beytindən elmi soruşmayın! Çətinlikdə olduqları halda on-
lardan pul diləyib, sonra da onları xəsislikdə ittiham etməyin. Belə ki, onlarda
xəsislik əsla yoxdur.
Evə maraq yönəldən şəxslər kimi olun. Tələskən və ifşa edən olmayın. Haqq
əhlindən olun, onunla tanının və bir-birinizi onunla tanıyın. Allah məxluqları
öz qüdrəti ilə xəlq etdi və elmilə onlar arasında fəzilətlər yaratdı. Onların ara-
sından insanlara höccəti tamamlamaq üçün Özünə bəndələr seçdi. İtaəti onla-
rın hörmətlilərinin, Özünə qarşı günah və üsyanı isə rəzillərinin əlaməti etdi.
Əbədi əminlik evində itaət edənlərin savabını üzlərində bir nura çevirmişdir ki,
əhlinə heç qorxu yoxdur. Özünə qarşı günah və üsyan edənlərin əzabını isə od
olaraq qərar vermişdir ki, həmin od qəzəbilə alovlanar.
“Allah onlara zülm
Dostları ilə paylaş: