Səhifə əhli və Kəbədə imzalama Əli (ə) beyət etdikdə bizə Peyğəmbərin (s) söylədiklərini bizə xatırlatdı.
Bu beş nəfərin öz aralarında bir müqavilə yazdıqlarını, bir-birlərilə əhd bağla-
dıqlarını və Kəbənin yanında “Əgər Muhəmməd ölsə və ya öldürülsə, Əlinin
əleyhinə qiyam qaldıracaqları və xilafəti onun əlindən alacaqlarını” bizə xəbər
verdi. Əli də (ə) dörd nəfəri - Salmanı, Əbu Zərri, Miqdadı və Zübeyri şahid
göstərdi. Onlar da şahidlik etdilər. Bu hadisə yaşlı səhabə lənətlənmiş və azdı-
rıcı xəlifəliyi bizim boynumuza vacib olduqdan sonra baş verdi. Biz bilirdik ki,
Əli (ə) Peyğəmbərin (s) adından əsla batil bir şey nəql etməzdi və Muhəmmədin
(s) səhabələrindən ən yaxşıları da buna şəhadət verməzdilər”.