2. İmam Əlinin (ə) Bəsrədə Əmr ibn Asın söylədiklərini təkzib edən xütbəsi Əli (ə) qalxıb dedi: “Əmr ibn Asın sözlərini qəbul edib təsdiqləmələrinə görə
Şamın tağutlarına təəccüb edilir. Onun uydurmaları, yalanları və təqvasızlığı elə
bir həddə çatıb ki, Peyğəmbərə (s) də yalan isnad edir. Halbuki Peyğəmbər (s) onu
yetmiş dəfə lənətləmişdir. Həmçinin Əmr ibn Asın insanları dəvət etdiyi yoldaşını
(Müaviyəni) da bir neçə yerdə lənətləmişdir. Bu hadisə Əmrin yetmiş beytlik qəsi-
dəsilə Peyğəmbəri (s) təhqir etdiyi zaman baş vermişdi. Peyğəmbər (s) buyurmuşdu:
“İlahi, mən şeir söyləmirəm və (bu cür) şeiri halal bilmirəm. İlahi, Sən və mələklərin
onun oxuduğu qəsidənin hər beyti qədər qiyamətədək onun üzərinə lənət elə”.
Peyğəmbərin oğlu İbrahim vəfat etdikdə (Əmr ibn As) belə dedi:
“Muhəmmədin nəsli kəsildi. Nəslinin davamı olmayacaq. Mən onu hamıdan
çox qınayacağam və haqqında ən pis sözləri danışacağam”. Həmin vaxt Uca