Ali-Muhammedin sirleri indd


Müaviyədən Ziyad ibn Əbihə (atasının oğlu) məktub



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə177/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   173   174   175   176   177   178   179   180   ...   410
Ali-Muhemmedin sirleri

Müaviyədən Ziyad ibn Əbihə (atasının oğlu) məktub
Aban Süleymdən nəql edir ki, Ziyad ibn Süməyyənin
1
 bir katibi vardı. Şiə 
olmuşdu və mənimlə dost idi. O Müaviyənin Ziyada cavab olaraq yazdığı bir 
məktubu mənə göstərdi:
Ərəb qəbilələrilə Müaviyənin rəftarı
“Mənə yazdığın məktubda ərəblər haqqında soruşursan, onlardan hansına 
ehtiram edib və hansına əhəmiyyət verməməyini bilmək istəyirsən. Onlardan 
hansını özünə yaxınlaşdırıb, hansını özündən uzaqlaşdırmalı, hansına güvənib 
və hansından çəkinməli olduğunu soruşursan?
Ey qardaşım! Ərəbləri ən yaxşı tanıyam mənəm. Yəmənli camaata nəzər 
sal, zahirdə onlara ehtiram göstər, xəlvətdə isə onlara dəyər vermə! Mən də 
onlarla belə rəftar edirəm. Məclislərində onları öz yanımda oturduram və on-
ların mənə digərlərindən daha yaxın olduğu təəssüratını verirəm. Amma onlar-
dan xəlvətdə digərlərinə üstünlük verir və hədiyyələr verirəm. Bunun səbəbi 
həmin camaatın böyük bir hissəsinin o adamla (Əli (ə) ilə) birlikdə mənə qarşı 
döyüşməsidir.
Rəbiyə ibn Nizar qəbiləsini nəzər sal, şərəfl ilərinə hörmət göstər və digər-
lərinə əhəmiyyət vermə. Çünki digərləri həmin şərəfl ilərə və ağalarına tabedirlər.
Muzar qəbiləsinə  də  nəzər sal, onları bir-birinə müsəllət elə. Çünki on-
lar çox kobud, təkəbbürlü, özünü bəyənmiş və qürurludurlar. Əgər onları bir-
1
 “Atasının oğlu Ziyad” mənasında “Ziyad ibn Əbihi” olaraq tanınmışdır. Anası Süməyyə ta-
nınmış əxlaqsız qadınlarından biri idi. Ziyad ibn Süməyyə sonradan özünün Əbu Süfyanın 
zanakarlığı nəticəsində doğulduğunu iddia etmişdi. Ubeydullah ibn Ziyad Yezidin Kufə və 
Bəsrə valisi olaraq əvvəlcə  İmam Hüseynin (ə) elçiləri Müslim və Qeysi öldürtmüş, son-
ra da Kərbəlada İmam Hüseyni (ə) susuz şəhid etmələri üçün Ömər Sədin başçılığı altında 
ordu göndərmişdi.  Əhli-Beytin (ə) və xüsusilə  İmam  Əlinin (ə) tərəfdarlarını öldürmüşdü. 
Kərbəlada Yeziddən sonra ən böyük qatillərdən biridir. Ubeydullah İmam Əlinin (ə) sərkərdəsi 
Malik Əştərin oğlu İbrahim tərəfi ndən öldürülmüşdü.
Ziyad deyə tanınan bu kəsin atası məlum deyil. Müaviyə onun Əbu Süfyana nisbət verərək öz 
qardaşı olduğunu söyləyirdi. Ziyad əvvəllər Əli (ə) tərəfdarı görünsə də, sonradan Müaviyə 
tərəfi nə keçmişdi.  Əli tərəfdarlarını çox yaxşı tanıdığı üçün şiələri qətl etməkdə  çətinlik 
çəkmirdi. 


132
Suleym ibn Qeys Hilali
birlərinin üzərinə salsan bir qismi sənin üçün digərinə qarşı çıxacaq. Əməli icra 
etmədikcə sözlərinə, yəqinin olmadıqca zənlərinə razı olma.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin