Müaviyə xilafətə necə tamah saldi və necə əldə etdi Ömrümə and olsun ki, əgər onun və yoldaşının (yaşlı səhabənin) etdikləri
olmasaydı, Allahın dinində güclü və möhkəm olmasaydılar biz və bu ümmət
Bəni-Haşimin köləsi olardıq. Onlar Kisra və Qeysər əhli kimi xəlifəliyi bir-
birinə ötürərdilər. Amma Allah xəlifəliyi o ikisinin əlilə Bəni-Haşimdən aldı
və Bəni-Tey ibn Murra verdi. Sonra da Bəni-Udey ibn Kəbə xilafətə keçdi.
Halbuki Qüreyş arasında onlardan daha zəlil, alçaq və rəzil bir qəbilə yox idi.
O ikisi bizim xəlifəliyə tamah salmağımıza səbəb oldular. Biz isə (xəlifəliyə)
onlardan və onların nəslindən daha layiq idik. Çünki sərvət və izzət bizdədir
və biz qohumluq baxımından Peyğəmbərə daha yaxınıq. Bizdən əvvəl yolda-
şımız Əffanın oğlu şura və xalqın razılığı ilə altı nəfərlik şuradan sonra xəlifə
oldu. Onlar isə Əffanın oğlundan əvvəl şurasız xəlifə olmuşdular. Yoldaşımız
Əffanın oğlu məzlum şəkildə qətlə yetirildikdə biz xəlifəliyə çatdıq. Çünki hər
kim məzlum olaraq öldürülsə Allah onun vəlisinə səlahiyyət verər!