Müaviyə Ziyadı Əbu Süfyana nisbət verir Allaha and olsun, sən Əbu Süfyanın oğlusan, onun belindən çıxmısan. Ubeydə
nəsil baxımında Adəmdən başqa bir nisbətin yoxdur. Ey qardaşım, sən mənim
yanımda doğru danışan bir şəxssən. Mənə Bəsrədə olarkən Səhhakın oğlunun
Əbu Musa Əşəriyə yazdığı məktubu oxuduğunu mənə bildirdin. Həmin vaxtlarda
sən Əbu Musanın katibi idin və Əbu Musa da Bəsrə valisi idi. Sən onun yanında
insanların ən rəzili vəziyyətində idin və amma Səqif qəbiləsinin müttəfi qlərindən
olduğunu zənn edirdin. Əgər o gün də qəti olaraq (bu gün bildiyin kimi) Əbu
Süfyanın oğlu olduğunu bilsəydin özünü əzəmət sahibi hiss edərdin və zinazadə
əşərilərin katibi olduğuna görə utanmazdın. Sən də, mən də qəti olaraq bilirik ki,
Əbu Süfyan babası Üməyyə ibn Əbdüş-şəmslə birlikdə ticarət üçün Şama get-
mişdi. Səfuriyyə şəhərindən keçdilər. Orada oğlu Abdullahla birlikdə kölə mahnı
oxuyan qadını aldılar. Əbu Süfyan Üməyyə ibn Əbdüş-şəmsin yolunu gedirdi.