Ali-Muhammedin sirleri indd


 Əmirəl-möminin Əlinin (ə) Müaviyəyə məktubu



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə189/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   185   186   187   188   189   190   191   192   ...   410
Ali-Muhemmedin sirleri

2. Əmirəl-möminin Əlinin (ə) Müaviyəyə məktubu
Müaviyənin  Əbu Hüreyrə  və  Əbu Dərda ilə göndərdiyi məktubu  İmam 
Əli (ə) oxuduqdan sonra Əbu Dərdaya dedi: Müaviyənin mənə göndərdiyi 
məktubu gətirdiniz. Eynilə onun sözünü mənə çatdırdığınız kimi mənim də sö-
zümü dinləyin və ona çatdırın:
Osman ibn Əffan bu iki şəxsdən biridir: ya hidayət rəhbəri, qanı haram, 
yardımı vacib, özünə qarşı üsyanı halal olmayan və ümmətin onu tərk etməsi 
caiz olmayan bir imamdır, ya da azğınlıq rəhbəri, qanı halal, itaəti və yardımı 
caiz olmayan bir kəsdir. Bu iki xislətdən mütləq ki, biridir.
Allahın və Peyğəmbərinin (s) hökmünə əsasən insanlar imamları öldükdə 
və ya öldürüldükdə - istər azmış, istər doğru yolda olan olsun, istər məzlum, 
istər zalım olsun, istər qanı halal, istər haram olsun – özləri üçün iffətli, alim, 
təqvalı, hökm və sünnəni bilən, işlərini bir yerə toplayacaq, aralarında hökm 
edəcək, zalımdan məzlumun haqqını alacaq, onların birliyini təmin edəcək, on-
ları qoruyacaq, cümə namazlarını qılacaq, sədəqələrini bölüşdürəcək, keçmişdə 
məzlum olaraq qətlə yetirilən rəhbərin barəsində hökm etmək üçün ona dəlillər 
təqdim edəcək, onun da ədalətlə hökm verəcəyi bir rəhbəri seçməmiş heç bir 


140
Suleym ibn Qeys Hilali
iş görməməli, əllərini və ayaqlarını uzatmamalıdırlar. Həmin rəhbər, əgər keç-
miş rəhbərləri məzlum olaraq qətlə yetirilibsə, onun qanının haqqını vəlilərinə 
təqdim edəcək,  əgər zalım olaraq qətlə yetirilibsə, bu barədə necə hökm 
edəcəyini özü seçəcək.
Bu, onların etməli olduqlarının birincisidir: rəhbər seçməli, onlar üçün xe-
yirli olanda müttəfi q olmalı, ona beyət və itaət etməlidirlər. 
Yox, əgər rəhbəri seçmək Allahın və Peyğəmbərinin ixtiyarındadırsa, o za-
man Allah onları bu seçkidən azad etmişdir. Peyğəmbər (s) onlar üçün bir imam 
seçmiş, ondan razı olmuş, ona itaəti vacib bilmişdir. Osman öldürüldükdən son-
ra camaat mənə beyət etdi. Mühacir və ənsar barəmdə üç gün məşvərət etdikdən 
sonra beyət etdilər. Bunlar elə onlara beyət edənlər, onların rəhbərliyini qəbul 
edənlərdir. Bu işdə Bədr əhli, mühacirlər və ənsar öndə idilər. Halbuki onlar 
məndən əvvəl heç bir məşvərət keçirmədən beyət etmiş, lakin mənə beyətlərində 
bir yerə toplaşıb üç gün məşvərət etdilər.
Əgər Uca Allah bu işi ümətin öhdəsinə buraxmışdısa, onlar da özləri 
üçün baxıb münasib olanı seçmişlərsə  və bu seçimlər Allahın və  Rəsulunun 
seçimindən xeyirlidirsə, o zaman seçimləri, beyətləri hidayət beyətidir, 
rəhbərlərinə itaətləri və yardımları vacibdir. Eləcə mənim barəmdə müşavirə 
keçirib icma ilə mənə beyət etdilər. Əgər seçən Allahdırsa, o zaman nazil etdiyi 
kitabda və peyğəmbərinin sünnəsində məni ümmət üçün seçmiş, onlara xəlifə 
təyin etmiş, mənə itaəti və yardımı onlara əmr eləmişdir. Bu isə mənim höccət 
və haqlı olduğuma ən güclü dəlildir.
Əgər o üçünün zamanında öldürülsəydi, Müaviyə onlarla da savaşa qalxıb 
qanını tələb edəcəkdi?
Əbu Hüreyrə və Əbu Dərda “Xeyr” cavabını verdilər.
Əli (ə) dedi: “Mən də onlar kimi! Əgər Müaviyə “Bəli, savaşardım” desə, 
ona deyin: O zaman demək, bir zalım tərəfi ndən zülm edilən, yaxud qatil 
tərəfi ndən qətlə yetirilən hər bir şəxsə görə müsəlmanlar bir dəstənin tərəfi ni 
tutub savaşmalı, parça-parça olmalı, hər kəs özünə  tərəf çağırmalıdır. Hal-
buki  Əffanın oğlunun övladları atalarının qanlarının qisasını  tələb etməkdə 
Müaviyədən daha çox haqq sahibidirlər.
Əbu Dərda və Əbu Hüreyrə susdular, sonra dedilər: “Sən insafl ı danışdın”. 
İmam  Əli (ə) dedi: “Ömrümə and olsun ki, əgər Müaviyə dediklərini 
etsə  və  mənə verdiyi sözü tutsa, o da mənim insafl ı  rəftar etdiyimi görəcək. 
Əffanın oğlunun övladları hamısı həddi-buluğa çatmış şəxslərdir, uşaq deyillər 
ki, onların vəliyə ehtiyacları olsun. Gəlsinlər onlarla atalarının qatillərini bir 
yerə toplayım. Əgər onlar köməksiz və dəlil gətirməkdə acizdirlərsə, o zaman 


Ali-Muhəmmədin sirləri
141
Müaviyənin onların vəlisi, vəkili və davalarında savaşan tərəf kimi olduğuna 
şəhadət gətirsinlər. 
Onlar və cavabdehlər gəlib bu məsələdə hökm verəcək hakimin qarşısında 
üz-üzə otursunlar, onlar və cavabdehlərin dəlillərinə qulaq asım. Əgər ataları za-
lım və qanı halal idisə, o zaman qisas tələbi batil olar. Yox, əgər ataları məzlum 
halda qətlə yetirilibsə və qanı haram idisə, qatillərini onlara verim, əgər istəsələr 
onu öldürsünlər, istəsələr əfv eləsinlər və yaxud da ondan diyəsini alsınlar. 
Osmanın qatilləri mənim əsgərlərimin arasındadırlar, onu qətlə yetirdiklərini 
etiraf edir, mənim onlarla övladları arasında hakim olmağıma razıdırlar. 
Əffanın oğlunun övladları, yaxud vəliləridirsə  və  vəkilləridirsə Müaviyə ilə 
yanıma gəlsinlər, onun qətli barəsində müzakirə aparsınlar, Allahın kitabı və 
Peyğəmbərinin (s) sünnəsinə əsasən aralarında hökm verim.
Əgər Müaviyə etmədiyimiz bir işdə bizə böhtan atıb cinayətkar sayırsa, o 
zaman qoy nə danışır danışsın, Allah mənə ona qarşı yardımçı olacaq!
Əbu Dərda və Əbu Hüreyrə dedilər: “Allaha and olsun ki, sən doğru da-
nışdın və tam insafl a söylədin, onun səbəblərini puç edib dəlillərini batil çı-
xardın. Özün güclü dəlillər ortaya qoydun, üzərinə heç bir söz deyilməyəcək 
həqiqətləri dedin”.
Bu zaman qarşılarında iyirmi minə yaxın insanın əllərində qılınclarla da-
yanıb “Əffanın oğlunun qatilləri bizik, biz Əlinin (ə) aramızda hökm etməsinə 
razıyıq. Əffanın oğlunun vəlilərini gətirin, atalarının qanı barəsində Əli (ə) ara-
mızda hökm versin. Əgər üzərimizə qisas və ya diyə düşsə, o zaman hökmə 
səbr edib təslim olacağıq”.
O ikisi dedi: “Doğru deyirsiniz, sizinlə Əffanın oğlunun vəliləri arasında 
üz-üzə görüş keçirib aranızda Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə 
uyğun hökm vermədikcə, Əlinin (ə) sizi təslim etməsi və ya qətlə yetirməsi əsla 
halal olmaz.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin