4. Əmirəl-möminin Əlinin (ə) Siffi ndə müsəlmanlara müraciəti Sonra əskərləri arasında minbərə qalxdı, ətrafdan gələnlər, mühacirlər və
ənsarlar da orada hazır idilər. Allaha həmd və səna deyib buyurdu:
“Ey camaat, həqiqətən də mənim fəzilətlərim sayılmaqdan və hesablamaq-
dan daha çoxdur. Bu fəzilətlərimə Allahın kitabı və Peyğəmbərinin (s) sözləri
kifayət edər.
Məgər bilmirsiniz ki, Allah öz kitabında müsəlman olmaqda ilk şəxslərin
digərlərindən üstün olduğunu bildirir? Bilmirsinizmi, İslamı qəbul etməkdə
Peyğəmbərdən (s) savayı bir kəs məndən önə keçməyib?!”
Dedilər: “İlahi, elədir”.