144
Suleym ibn Qeys Hilali
Sonra buyurdu: “Ey Salman, sən də və burada olanlar da şahid olun, bunu
burada olmayanlara çatdırın”.
Salman Farsi dedi: “Ya Peyğəmbər! Onların kim olduğunu bizə açıqla”.
Buyurdu: “Qardaşım, vəzirim, varisim və ümmətim arasında xəlifəm,
məndən sonra hər möminin vəlisi olan Əli və onun övladlarından gələcək on
bir imam. Onlardan (on bir imamdan) birincisi oğulum Həsəndir,
sonra oğulum
Hüseyn, sonra Hüseynin övladlarından bir-birindən sonra doqquz imam. Onlar
Quranla və Quran onlarladır. Hovuzda mənə çatana qədər onlar Qurandan, Qu-
ran da onlardan əsla ayrılmayacaq”.
Bədr əhlindən on iki nəfər ayağa qalxıb dedilər: “(Ey Əli,) Biz şəhadət
veririk ki, sənin söylədiklərini bir hərf artırıb və azaltmadan Peyğəmbərdən (s)
eynilə eşitmişik. Peyğəmbər (s) bizi buna şahid tutmuşdur”.
Yetmiş nəfərdən qa-
lanları dedilər: “Biz bunu eşitmişik, yalnız hamısını yadda saxlaya bilməmişik.
Bu on iki nəfər bizim yaxşılarımız və fəzilətlilərimizdir”. İmam Əli (ə) bu-
yurdu: “Düz dediniz, hər kəs əzbər yadda saxlaya bilməz, insanlardan birinin
yaddaşı digərindən daha güclü olur”.
Bədr əhlindən olan on iki nəfərdən dördü: Əbu
Heysəm ibn Teyhan, Əbu
Əyyub Ənsari, Əmmar ibn Yasir və (iki şəhadət sahibi) Xuzeymə ibn Sabit aya-
ğa qalxaraq dedilər: “Biz şahidlik edirik ki, Peyğəmbərin (s) o gün söylədiklərini
eşidib eynilə əzbərlədik. O, həmin vaxt ayaq üstə dayanmış və Əli də yanında
durmuşdu. Sonra Peyğəmbər (s) buyurdu: “Ey camaat! Allah
mənə sizin üçün
bir imam və vəsi təyin etməyimi əmr edib ki, sizin aranızda peyğəmbərinizin
vəsisi, məndən sonra ümmətimə və Əhli-Beytimə xəlifəm olsun. O, Allahın
Öz kitabında itaətini möminlərə vacib buyurduğu və vilayətlərini əmr etdiyi
şəxsdir. Mən Rəbbimə müraciət edib dedim: “Ey Rəbbim! Nifaq əhlinin in-
karından və atacaqları böhtanlarından qorxuram”. Allah
da mənə ya təbliğ
etməmi, ya da əzab göndərəcəyini vəd etdi. Ey camaat! Uca Allah kitabında
sizə namazı əmr etdi. Mən də sizə açıqladım və tətbiq etdim. Zəkatı, orucu və
həcci əmr etdi. Onları da sizə açıqlayıb təfsir etdim. Kitabında sizə vilayəti əmr
etdi. Ey camaat,
sizi şahid tuturam ki, bu vilayət yalnız Əli ibn Əbu Talibə,
mənim və vəsim olan qardaşımın övladlarından olan vəsilərə məxsusdur. On-
ların birincisi Əli, sonra Həsən,
sonra Hüseyn, sonra oğlum Hüseynin övladla-
rından doqquz nəfər. Hovuzun başında mənə qovuşana qədər onlar Qurandan,
Quran da onlardan ayrılmazlar.
Ey camaat! Məndən sonra sığınacağınız şəxsi, imamınızı, vəlinizi və
hidayətçinizi sizə tanıtdım. Bu, qardaşım Əli ibn Əbu Talibdir. O, aranızda
mənim kimidir. Dininizdə ona boyun əyin və bütün işlərinizdə ona itaət edin.
Ali-Muhəmmədin sirləri
145
Uca Allahın mənə öyrətdiyi hər bir şey ondadır. Uca Allah bunları yalnız ona
öyrətməyimi, sizə də bunların onun yanında olduğunu bildirməyimi əmr etdi.
Ondan soruşun, ondan və ondan sonrakı vəsilərindən öyrənin.
Onlara bir şey
öyrətməyə və ya onlardan önə keçməyə cəhd göstərməyin, onlardan ayrılmayın.
Onlar haqq ilə, haqq da onlarladır. Onlar haqqı, haqq da onları zay etməzlər”.
Dostları ilə paylaş: