Quranda insanlar arasındakı şahidlər imamlardır (ə) Əli (ə) buyurdu: Allahı sizə şahid tuturam, Uca Allahın “Həcc” surəsində
buyurur: “Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoy- madı - atanız İbrahimin dini kimi. Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” 1 Həmin vaxt Salman qalxıb demişdi:
“Ya Peyğəmbər, sənin onlara, onların da insanlar şahid olduğu, Allahın seçdi-
yi və Allahın, ataları İbrahimin dinində olduğu kimi onlar üçün dində heç bir
çətinlik yeri qoymadığı bu şəxslər kimlərdir?”
Rəsulullah (s) buyurdu: “Allah bu ayədə on üç nəfəri qəsd edir: mən, qar-
daşım Əli ibn Əbu Talib və onun övladlarından bir-birinin ardınca on bir nəfər.
Onların hamısı imamdırlar. Onlar Quranla, Quran onlarladır. Hovuz başında
mənə quvuşanadək bir-birlərindən ayrılmazlar”.
Dedilər: “İlahi, bəli, elədir”.