Səqifədə Müaviyənin müşahidələri Mənə verilən xəbərlərin və xəbəri gətirənlərin doğruluğunun dəlili bunları
səni öz gözlərimizlə görməmizdir. Bu məsələdə başqasından soruşmağa ehti-
yacımız yoxdur. Əbu Bəkrə beyət olunduğu günlərdə səni öz xanımın Fatiməni
ulaq üzərində, iki oğlun Həsən və Hüseynin əllərindən tutmuş vəziyyətdə Bədr
əhlini və ilk iman gətirən şəxsləri yardıma çağırdığını, dörd nəfərdən: Sal-
man, Əbu Zərr, Miqdad və Zübeyrdən başqa heç kəsi tapmadığını görmüşük.
Ömrümə and olsun ki, əgər haqlı olsaydın onlar sənə müsbət cavab verər və
yardım edərdilər. Lakin onların da təsdiq etmədiyi batil bir şeyi iddia edirdin.
Əbu Süfyanın sənə “Ey Əbu Talibin oğlu, səltənət məsələsində əmin oğ-
luna məğlub oldun. Sənə qalib gələnlər Qüreyşin ən rəzil Təmim (Teym) və
Üdey qəbilələrindən olanlardır” deyib yardım təklif etdiyini öz qulaqlarımla
eşitmişəm. Sən isə: “Əgər mühacir və ənsardan qırx nəfər mənə yardım edən
tapsaydım buna (Yaşlı səhabəyə) qarşı çıxardım” deyə cavab verdin. Bu dörd
nəfərdən başqa köməkçin olmadığını görüb məcbur edilərək beyət etdin.