153 də məhv olub getdi!” 1 bunu Peyğəmbərdən (s) sənin, həmçinin bütün səndən
əvvəlki və sonrakı zəlalət imamları barəsində, onların Allah tərəfi ndən rüsvay
ediləcəyini və əzaba düçar olacaqlarını söyləyərkən eşitmişəm.
Bəni-Ümməyə barəsində nazil olan ayə Sizin barənizdə Allahın bu ayəsi nazil olub: “Sənə göstərdiyimiz röyanı və Quranda lənətlənmiş ağacı (şəcərəni) insanlar üçün yalnız bir imtahan etdik” 2 . Bu ayə Peyğəmbərin (s) özündən sonra on iki zəlalət başçısının mey-
munlar şəklində minbərinə daraşdığını gördüyü zaman nazil olub.Onlar ümməti
köhnə hallarına qaytarırdılar. Onlardan ikisi Qüreyşin iki fərqli qəbiləsindən,
onu isə Bəni-Üməyyədəndir. On nəfərdən ilki qanını tələb etdiyin dostun, son-
ra sən, oğlun, yeddi nəfəri də Həkəm ibn Əbul-Asın
3
övladlarıdır. Onlardan
birincisi Mərvandır. Həqiqətən də o (Həkəm) Peyğəmbərin (s) qadınlarının
söhbətlərinə qulaq asarkən yaxalanmış və Peyğəmbər (s) onu lənətləyərək ya-
nından qovmuşdu.
Ey Müaviyə, Biz o Əhli-Beytik ki, Allah bizim üçün axirəti dünyadan üs-
tün tutmuşdur. Bizim üçün dünyanın mükafat olmasına razı olmamışdır. Sən,
vəzirin də dəyərsiz yoldaşın Peyğəmbərin (s) belə buyurduğunu eşitmisiniz:
“Əbul-As oğulları otuz nəfərə çatdıqda Allahın kitabını camaatı aldatmaq,
Allah bəndələrini özlərinə kölə və var-dövləti (beytul-malı) isə öz sərvətləri
edərlər”.
Ey Müaviyə, Allahın peyğəmbəri Zəkəriyyə (ə) mişar ilə doğrandı,
Yəhyanın (ə) başı kəsildi, o, insanları Allaha tərəf dəvət etdiyi halda qövmü onu
öldürdü. Bunlar Allahın dünyaya dəyər verməməsinin dəlilidir. Ta qədimdən
bəri Şeytanın dostları Allah övliyaları ilə savaşdılar. Uca Allah buyurur: “Al-