onların yozumunu (həqiqi mənasını) Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz”. 1 Elmdə qüvvətli olanlar biz Ali-Muhəmmədik.
Uca Allah ümmətin digər üzvlərinə belə deməyi əmr edib: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır” 2 . Bizə təslim ol-
mağı, onun elmini bizə buraxmağı əmr edib. Uca Allah buyurur: “Halbuki əgər bunu Peyğəmbərə və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varmaq istəyənlər bilərdilər”. 3 Soru-
şanlar və öyrənmək istəyənlər onlardır (yəni ümmətin yerdə qalanları).
Müaviyə barəsində nazil olmuş iki ayə Ömrümə and olsun, əgər Peyğəmbər (s) vəfat etdikdən sonra camaat bizə
tabe olub, itaət etsəydi, işlərində bizi nümunə götürsəydilər başları üzərindən
və ayaqları altından bol-bol nemətlər əldə edərdilər. Sən də, ey Müaviyə,
xilafətə göz dikməzdin! Bizim barəmizdə əldən verdikləri bizim onlardan
itirdiklərimizdən olduqca çoxdur.
Allah Quranda mənim və sənin barəndə bir ayə endirmişdir ki, sən və
sənin tayların onun zahirini oxuyur, təvilini və batinini isə bilmirsiniz. Bu,
“Haqqə” surəsindəki ayədir: “Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: