Ali-Muhammedin sirleri indd


Müaviyənin Əmirəl-möminin Əliyə (ə) son sözü



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə214/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   210   211   212   213   214   215   216   217   ...   410
Ali-Muhemmedin sirleri

7. Müaviyənin Əmirəl-möminin Əliyə (ə) son sözü
Müaviyə cavabında yazdı: “Ey Əbəl-Həsən, axirətə malik olacağına görə 
sənin, dünyaya sahib olacağımızı görə də xoş bizim halımıza!” 
1
 “Nəml” surəsi, ayə 62.


156
Suleym ibn Qeys Hilali
HƏDİS 26
1. Qeys ibn Səd ibn Übadənin Müaviyə ilə mübahisəsi
Aban Süleymdən və Ömər ibn Əbu Sələmədən (hər ikisi də eyni hədisi 
söyləyiblər) nəql edir:
“Müaviyə Möminlərin  əmiri (ə)  şəhid olduqdan və  İmam Həsənlə  (ə) 
sülh bağladıqdan sonra öz xəlifəliyi dövründə  Həcc ziyarəti üçün Mədinəyə 
gəldi. Mədinəlilər onu qarşılamağa çıxdılar
1
. Müaviyə onu qarşılamağa gələn 
qüreyşlilərin sayının ənsardan çox olduğunu gördü və bunun səbəbini soruşdu. 
Ona deyildi: “Onlar kasıbdırlar və minikləri yoxdur”.
Müaviyə Qeys ibn Səd ibn Übadə tərəf üzünü tutub dedi: “Ey Ənsarlar! Siz 
niyə Qüreyşdən olan qardaşlarınızla məni qarşılamağa gəlmədiniz?” Ənsarın 
başçısı və başçılarının oğlu olan Qeys dedi: “Ey möminlərin əmiri, miniyimiz 
olmadığı üçün yerimizdə oturduq!” Müaviyə dedi: “Bəs dəvələriniz harada-
dır?” Qeys dedi: “Onları Bədrdə, Ühüddə və Ühüddən sonrakı Peyğəmbərlə (s) 
getdiyimiz döyüşlərdə, sizin xoşunuza gəlməsə belə Allahın əmri zahir olana 
qədər İslam uğrunda sənə və atana qarşı qılınc yellədiyimiz vaxtlarda itirdik”.
Müaviyə dedi: “İlahi, bağışla!” Qeys dedi: “Peyğəmbər (s) belə buyurub: 
“Məndən sonra bölgüdə başqalarını sizdən önə keçirəcəklərini görəcəksiniz”. 
Müaviyə dedi: “Bəs bununla bağlı sizə nəyi əmr etdi?” Qeys dedi: “Ona qovuşana 
qədər səbr etməyi əmr etdi”. Müaviyə dedi: “Elə isə ona qovuşana qədər səbr edin!”
Sonra Qeys dedi: “Ey Müaviyə! Dəvələrimizə görə bizi qınayırsan? Allaha 
and olsun ki, Bədr günü onlara minib sizinlə qarşılaşdıq, siz həmin vaxt Allahın 
nurunu söndürməyə və Şeytanın sözlərini ucaltmağa çalışırdınız. Sonra sən və 
atan istəmədiyiniz halda qarşı çıxdığınız İslama daxil oldunuz”.
Müaviyə dedi: “Sanki sən bizə bu yardımına görə minnət qoyursan! Allaha 
and olsun, bu barədə Qüreyşin minnəti və üstünlüyü daha çoxdur. Ey Ənsarlar! 
Siz Peyğəmbərə də yardım etmisiniz, o, Qüreyşdən idi, o bizim əmioğlumuz və 
bizdən biri idi. Ona da minnət qoyursunuz?” Minnət və üstünlük bizdədir ki, 
Allah sizi bizim yardımçımız və tabeçilərimiz etmiş, siz də bizim vasitəmizlə 
doğru yolu tapmısız”.
1
 İbn Şəhr Aşubun “Məsalib”də yazdığına görə Qüreyş Qura vadisində, Ənsar isə Mədinədə 
onu qarşıladılar.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin