2. Müaviyənin İmam Əlinin (ə) lənətləməyə başlanması haqda məktubu Müaviyə o gün Mədinədə qaldı. Şəhərlərdəki valilərinə belə bir məktub
yazdı və bir münadi yüksək səslə bunu çatdırdı: “Bilin ki, Əli ibn Əbu Talibin
və Əhli-Beytinin fəzilətləri və üstünlükləri barədə bir hədis nəql edəcək şəxsin
üstündən amanımı götürürəm. Belə bir şəxs özünə qarşı cəzanı halal etmişdir”.
Bundan sonra xətiblər hər yerdə və hər məqamda minbərlərindən Əli ibn
Əbu Talibə (ə) lənət etməyə və ondan uzaq olduqlarını bildirməyə, onun və
1
“Rəd” surəsi, ayə 43.
2
“Hud” surəsi, ayə 17.
3
“Rəd” surəsi, ayə 7.
4
Məqsəd ayənin təfsiridir. (Tərc.)
Ali-Muhəmmədin sirləri 159 Əhli-Beytinin barəsində uydurulmuş çirkin sözləri söyləməyə və onlara lənət
etməyə başladılar.