Ali-Muhammedin sirleri indd


Əbu Talibin (ə) İslama yardımda hamıdan öndə olması



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə215/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   211   212   213   214   215   216   217   218   ...   410
Ali-Muhemmedin sirleri

157
Əbu Talibin (ə) İslama yardımda hamıdan öndə olması
Qeys dedi: “Allah Muhəmmədi aləmlərə rəhmət olaraq, bütün insanlara, 
cinlərə, qırmızı, qara və  ağdərililərin hamısına göndərdi. Onu nəbi edib və 
risaləti üçün seçdi. Onu ilk təsdiq edən və ilk iman gətirən  şəxs  əmisi oğlu 
Əli ibn Əbu Talib idi. Əmisi  Əbu Talib onu qoruyur, onu qorxudub əziyyət 
etməmələri üçün Qüreyşin kafi rləri qarşısında maneə olur, Rəbbinin risalətini 
təbliğ etməyi ona əmr edirdi. O, əmisi  Əbu Talib ölənə  qədər haqsızlıq və 
əziyyətlərdən qorunurdu. Ölərkən oğlu Əliyə ona yardım etməsini və dəstək 
olmasını əmr etdi. Əli də ona dəstək oldu və yardım etdi. Hər çətinlik, darlıq və 
qorxuda canını ona fəda elədi. Allah qüreyşlilər arasında bunu Əliyə xas qıldı, 
bütün ərəblər və əcəmlər arasından ona kəramət göstərdi.
Peyğəmbər (s) Bəni-Əbdülmüttəlibi bir yerə topladı.  Əbu Talib və  Əbu 
Ləhəb də onların arasında idi. Həmin gün onlar qırx nəfər idilər. Peyğəmbər 
(s) onları dəvət etdi. Peyğəmbərin (s) xidmətçisi Əli (ə) idi və Peyğəmbər (s) 
əmisi Əbu Talibin himayəsi altında qorunurdu. Peyğəmbər (s) orada buyurdu: 
“Sizdən kim qardaşım, vəzirim, varisim, ümmətim içində xəlifəm və məndən 
sonra möminlərin mövlası olmaq istəyir?”
Oradakılar susdular, Peyğəmbər (s) isə bu sözlərini üç dəfə  təkrar etdi. 
Əli isə deyirdi: “Mən, ey Allahın Peyğəmbəri, Allahın salamı  sənə olsun”. 
Peyğəmbər (s) Əlinin başını dizinə qoyub ağzının suyunu onun ağzına sürtüb 
dedi: “İlahi, Əlini (qəlbini) elm, fəhm və hikmətlə doldur”. Sonra Əbu Talibə 
dedi: “Ey Əbu Talib, bu andan etibarən oğlun Əlini dinlə və ona itaət et. Çünki 
Allah onun Peyğəmbərə olan nisbətini Harunun Musaya olan nisbəti kimi qərar 
verib”. Peyğəmbər insanlar arasında qardaşlıq yaratdığı vaxt Əlini özünə qar-
daş seçdi”.
Qeys ibn Səd  Əlinin (ə) fəzilətlərindən heç nəyi tərk etmədən onla-
rı Müaviyəyə qarşı dəlil olaraq göstərdi və dedi: “Cənnətdə iki qanadla uçan 
Cəfər ibn Əbu Talib də onlardan, Əhli-Beytdəndir. Allah bunu insanlar arasın-
dan yalnız ona xas etmişdir. Həmçinin şəhidlərin ağası Həmzə və aləm qadın-
larının seyyidəsi Fatimə də onlardandır. Əgər Peyğəmbəri, Əhli Beytini və pak 
nəslinin Qüreyşdən ayırsaq, Allaha and olsun, biz sizdən daha xeyirli və Alla-
hın, Peyğəmbərinin və Əhli-Beytinin yanında daha çox sevilən olarıq.
Peyğəmbər vəfat etdi və  Ənsar atam Sədin yanında toplanıb dedilər: 
“Səddən başqasına beyət etmərik”. Sonra qüreyşlilər Əlinin və Əhli-Beytinin 
dəlillərilə gəlib onun haqqı və Peyğəmbərə olan yaxınlığını dəlil göstərib bizi 
məğlub etdilər. Bununla Qüreyş ya Ənsara, ya da Ali-Muhəmmədə (ə) zülm 


158
Suleym ibn Qeys Hilali
etmişdir. Ömrümə and olsun, nə Ənsardan, nə Qüreyşdən, nə Ərəbdən və nə 
də əcəmdən bir kəsin Əli ibn Əbu Talib və ondan sonra övladları müqabilində 
xilafətdə nə bir haqqı və nə də bir nəsibi yoxdur”.
Müaviyə qəzəblənib dedi: “Ey İbn Səd, bunları kimdən götürüb, kimdən eşi-
dib və kimdən nəql edirsən? Bunları sənə atan xəbər verib? Ondan eşitmisən?” 
Qeys dedi: “Elə bir şəxsdən eşidib öyrənmişəm ki, atamdan daha xeyirlidir 
və mənim üzərimdə haqqı atamın haqqından daha çoxdur”. Müaviyə dedi: “O 
kimdir?” Qeys dedi: “O, Möminlərin əmiri Əli ibn Əbu Talibdir. Bu ümmətin 
alimi, hakimi, Siddiqi və Faruqudur, Allah onun haqqında ayələr nazil etmişdir: 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin