Ali-Muhammedin sirleri indd


Şiənin kökünü kəsmək üçün Müaviyənin proqramı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə223/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   219   220   221   222   223   224   225   226   ...   410
Ali-Muhemmedin sirleri

Şiənin kökünü kəsmək üçün Müaviyənin proqramı
Sonra Müaviyə şəhərlərdəki məmurlarına məktub yazdı: “Baxın ki, Əlini 
və Əhli-Beytini kimin sevdiyi dəlillə sübut olunsa, onun adını dövlət divanın-
dan silin və şahidliyini əsla qəbul etməyin”.


162
Suleym ibn Qeys Hilali
Sonra başqa bir məktubda belə yazdı: “Hər kimi Əli şiəsi olmaqda ittiham 
edib, ancaq əleyhinə dəliliniz olmasa, onu öldürün”.
Beləliklə də yalnız zənn və şübhəyə əsaslanaraq şiələri gördükləri yerdə 
öldürürdülər. Belə ki, bəzən bir kəs səhvən bir söz söylədikdə belə buna 
görə boynunu vururdular. Bu bəla heç bir şəhərdə İraqdakı, xüsusilə də Kufə 
şəhərindənki qədər genişmiqyaslı və daha şiddətli deyildi. Hətta Mədinədə və 
digər  şəhərlərdə yaşayan  Əli  şiələri güvəndiyi bir şəxsin evinə gedib və sir-
rini ona açarkən evin xidmətçisindən və köləsindən çəkinirdi. Beləliklə  də 
dediklərini gizli saxlaması barədə çox ağır andlar vermədən heç kəsə  hədis 
nəql etmirdilər.
Bu minvalla yalanlar getdikcə şiddətləndi və ətrafl arındakı düşmənlər ço-
xaldı. Müaviyə tərəfdarları isə yalan və böhtanla uydurduqları hədisləri dostları 
arasında aşkar söyləyir, camaata öyrədildilər. Camaat bunlardan başqa bir şey 
öyrənmirdilər. Hakimlər, valilər və fəqihlər də bunlara əsasən hökm verirdilər.
Bu fi tnə və bəlalardan ən çox riyakar və xain Quran qariləri qazanc əldə 
elədilər. Onlar camaatın qarşısında hüznlü, çəkingən, ibadət və itaət əhli kəslər 
kimi görünür, sonra da yalan danışır və  hədis uydururdular. Bunu valilərin 
yanında mənsəb  əldə etmək, onların məclislərində  iştirak etmək, mal, ev və 
ərazi əldə eləmək üçün edirdilər. Onların bu hədis və rəvayətləri camaatın əlinə 
düşdükdə onları həqiqi və doğru zənn edirdilər. Ona görə də camaat bunları 
rahatlıqla qəbul və  rəvayət edir, öyrənir və başqalarına öyrədirdilər. Bunlara 
görə bir-birlərini sevir və nifrət bəsləyirdilər. Onların məclisləri bu hədislərə 
əsasən toplanır və camaatın həqiqətən dindar, yalana şahidlik etməyən və ya-
lançılara nifrət bəsləyən şəxslərin əlinə düşürdü. Onlar bu uydurma hədisləri 
həqiqi bilib qəbul və  nəql edirdilər.  Əgər batil olduğunu bilsəydilər bunları 
əsla nəql etməz, dinin hökmü kimi qəbul etməz və ona qarşı çıxanları təqsirkar 
bilməzdilər. Həmin vaxt haqq batilə, batil isə haqqa çevrilmişdi! Doğru yalan 
və yalan isə doğru sayılmışdı! Peyğəmbər (s) buyurmuşdu: “Sizi elə bir fi tnə 
əhatə edəcək ki, o fi tnə içində uşaqlar böyüyəcək və böyüklər qocalacaq. İn-
sanlar ona əməl edəcək və onu sünnəyə çevirəcəklər. Nə vaxt ondan bir şey 
dəyişilsə deyəcəklər: “Camaat pis iş gördülər və sünnəni dəyişdirdilər!””.
Həsən ibn Əli (ə) öldükdən bəri  fi tnələr və  bəlalar günbəgün artdı  və 
şiddətləndi. Elə bir Allah dostu yox idi ki, qanının tökülməsindən qorxmasın, 
ya öldürülməsin, ya sürgün edilməsin, ya  da qaçmasın. Bütün Allah düşmənləri 
isə sözlərini açıq deyir, dinə gətirdikləri bidətləri və azğınlıqları aşkarda icra 
edirdilər.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin