Bəzilərinin adının ucaldılmasına Müaviyənin göstərdiyi səy Bundan sonra Müaviyə məmurlara yazdı: “Əffan oğlu barədə hədislər artıq
yetərincə çoxalıb, hər bir şəhər, kənd və bölgələrdə də yayılmışdır. Məktubum
sizə çatdıqda camaatı yaşlı səhabə və Səhhakın oğlu haqqında hədis danışmağa
dəvət edin. Çünki onların fəzilət və üstünlükləri mənim daha çox xoşuma gəlir və
gözümü nurlandırır. Həmçinin bu Əhli-Beytin dəlillərini etibardan daha yaxşı sa-
lar, onlar üçün Osmanın fəzilət və üstünlüklərini inkar etməkdən daha çətin olar”.
Müaviyənin məmurlarından hər bir hakim və vali bu məktubu camaata
oxudu. Camaat o ikisinin, onların fəzilətləri haqqında rəvayətlər danışmağa
başladılar.