163 5. İmam Hüseynin (ə) Məkkədə mübahisələri Müaviyənin ölümündən bir il əvvəl Hüseyn ibn Əli (ə) Abdullah ibn Abbas
və Abdullah ibn Cəfərlə birlikdə Həccə getdi. İmam Hüseyn (ə) Bəni-Haşimin
qadın və kişilərini, dostlarından və şiələrindən Həccə gələnləri, ənsardan onu
və Əhli-Beytini tanıyan bir dəstə insanı ətrafına topladı.
Sonra elçilər göndərdi: “Peyğəmbərin (s) səhabələrindən düzgünlük və
adibliyi ilə tanınan və bu il Həccə gələn bir nəfəri belə tərk etmədən hamısını
yanıma toplayın”.
Sonra Minada yeddi yüzdən
1
artıq insan onun xeyməsində toplandılar.
Əksəriyyəti tabeunlardan idi. Təxminən iki yüz nəfərini də Peyğəmbərin (s)
səhabələri və digərləri təşkil edirdilər.
İmam Hüseyn (ə) onların arasında ayağa qalxıb xütbə deməyə başladı. Allaha
həmd və səna etdikdən sonra buyurdu: “Həqiqətən də bu azğın tağutun bizə və
şiələrimizə etdiklərini görmüş, şahidi olmuş və əməllərindən xəbərdarsınız. Mən
sizdən bir şey haqqında soruşmaq istəyirəm. Əgər doğru söyləsəm təsdiqləyin,
əgər yalan desəm inkar edin. Sizdən Allahın, Peyğəmbərinizin və ona olan yaxın-
lığım haqqına and verib diləyirəm ki, burada olanları özünüzlə aparıb və sözlərimi
yayasınız. Öz qəbilələrinizdəki yardımçılarınızı, güvəndiyiniz və inandığınız hər
kəsi dəvət edəsiniz. Onları bizim haqqımızda bildiyiniz şeylərə dəvət edin. Mən
bu məsələlənin silinməsindən, haqqın aradan getməsindən və məğlub olmasından
qorxuram. Amma Allah kafi rlərin xoşuna gəlməsə də Öz nurunu tamamlayacaq”.