166 Suleym ibn Qeys Hilali HƏDİS 27
İbn Abbas vəsiyyət hadisəsini danışır Aban ibn Əbu Əyyaş Süleymdən rəvayət edir ki, Abdullah ibn Abbasın
yanında evində oturmuşdum, onun yanında bir dəstə şiə vardı. Peyğəmbəri (s)
və ölümünü xatırladılar, İbn Abbas ağlayaraq dedi: Peyğəmbər (s) vəfat etdiyi
bazar ertəsi günü ev əhli və otuza yaxın səhabəsi yanında ikən dedi: “Mənə
bir vərəq verin, sizin üçün bir şey yazım ki, məndən sonra zəlalətə və ixtilafa
düşməyəsiniz”.
Bu ümmətin fi ronu ona imkan vermədi və dedi: “Həqiqətən də Peyğəmbər
sayıqlayır!” Peyğəmbər (s) qəzəblənib: “Görürəm ki, mən sağ olduğum halda
mənə qarşı çıxırsınız, ölümümdən sonra nə edəcəksiniz?!” dedi və yazmadı.
Süleym deyir: “Sonra Əli (ə) ilə ibn Abbas gəldi və dedi: “Ey Süleym, əgər
bu kişinin dedikləri olmasaydı, Peyğəmbər (s) bizim üçün heç bir kəsin azma-
yacağı və ixtilafa düşməyəcəyi bir yazı qoyacaqdı”.
Oradakılardan biri dedi: Həmin kişi kim idi? Dedi: “Buna heç bir yolumuz
yoxdur”.
Camaat qalxdıqdan sonra İbn Abbasla təklikdə qaldım, onun Səhhakın oğlu
olduğunu söylədi. “Düzdür, Əlidən (ə), Əbu Zərdən, Miqdaddan və Salmandan
onun Səhhakın oğlu olduğunu eşitmişəm”.
Dedi: “Ey Süleym, inandığın qardaşlarından savayı bunu hər kəsdən gizlət.
Bu ümmətin qəlbi yəhudilərin qəlbinin buzov və Samirinin sevgisilə dolduğu
kimi bu iki nəfərin sevgisilə dolub.