168 Suleym ibn Qeys Hilali HƏDİS 29
Əlinin (ə) Təlhə Və Zübeyrə qarşı dəlilləri Aban Süleymin belə dediyini nəql edir: “Cəməl döyüşü günü Möminlərin
əmiri Əli Bəsrə əhli ilə görüşdükdə Zübeyrə səslənərək dedi: “Ey Əbu Abdul-
lah! Yanıma gəl!”
Səhabələri dedilər: “Ey Möminlərin əmiri! Beyətini pozan Zübeyrlə görüşə
gedirsən? Halbuki o, at belində və silahlıdır. Sən isə qatırda və silahsızsan”. Əli
(ə) buyurdu: “Mənim üzərimdə Allah tərəfi ndən qoruyucu bir qalxan (sipər)
var. Heç kim əcəlindən qaça bilməz. Allahın dəvəsi Səmudun ən bədbəxtinin
əlilə kəsildiyi kimi mən də bu ümmətin ən bədbəxtinin əlilə öldürülmədən nə
ölcəyəm, nə də öldürüləcəyəm”.
Zübeyr onun yanına gəldi. Əli (ə) dedi: “Təlhə haradadır? O da gəlsin”.
Təlhə də gəldi.