Cəməl əshabı Peyğəmbərin (s) dililə lənətləniblər Əli (ə) buyurdu: “Allahı sizə şahid tuturam! Siz ikinizin xəbəri yoxdur-
mu, həmçinin Peyğəmbərin (s) Əhli-Beyti və yaşlı səhabənin qızı tərəfi ndən
də eşidib bilirsinizmi ki, Cəməl əshabı və Nəhrivan əhli Muhəmmədin dililə
lənətləniblər? Hər kim böhtan atırsa, zərərə uğramışdır!”
Zübeyr dedi: “Cənnətlik olduğumuz halda biz necə lənətlənə bilərik?!”
Əli (ə) dedi: “Sizin Cənnətlik olduğunuzu bilsəydim sizə qarşı savaşmağı halal
bilməzdim”.
Zübeyr dedi: “Peyğəmbərin Uhud döyüşü günü “Cənnət Təlhəyə vacib ol-
muşdur. Hər kim yer üzündə canlı halda gəzən bir şəhidi görmək istəsə, Təlhəyə
baxsın” dediyini eşitmədinmi? (Həmçinin) “Qüreyşdən on nəfər Cənnətdədir”
dediyini necə, eşitmədinmi?