Ali-Muhammedin sirleri indd


Hərir gecəsindən sonra Əmirəl-mömininin (ə) xütbəsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə237/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   233   234   235   236   237   238   239   240   ...   410
Ali-Muhemmedin sirleri

Hərir gecəsindən sonra Əmirəl-mömininin (ə) xütbəsi
Süleym deyir: “Sonra Əli (ə) ayağa qalxıb bir xütbə söylədi. Buyurdu: “Ey 
insanlar! Gördüyünüz şeylər həm sizə və eyni şəkildə düşmənlərinizə də ye-
tişmişdir. Geridə yalnız son bir nəfəs qalmışdır. hadisələrin sonu başlanğıcı ilə 
ölçülər. Bu qövm çata biləcəklərinə çatana qədər sizin qarşınızda dinsiz olaraq 
dayanmışdır. İnşallah, sabah səhər onların üzərinə gedəcək və Allahın hüzurun-
da onları mühakimə edəcəyəm”.
Quranların nizələrdə qaldırılması
Bu xəbər Müaviyəyə çatdı.  Şiddətli qorxuya düşdü. O, əshabı  və  şamlı-
lar bundan sarsıldılar. Əmr ibn Ası yanına çağırıb dedi: “Ey Əmr! Üzərimizə 
gəlmələrinədək  əvvəl yalnız bir gecəmiz var. Nə  fi kirləşirsən?”  Əmr dedi: 
“Adamların azaldığını görürəm. Yerdə qalanlar da onun əsgərləri qarşısında 
dözə bilməzlər və sən də onun kimi deyilsən. O səninlə bir şey üçün və sən də 
onunla tam başqa bir şey üçün döyüşürsən. Sən (burada, dünyada) qalmağı və 
O fənanı (axirəti) istəyir. İraqlıların sənin onlara qalib gəlməyindən qorxduqları 
qədər, şamlılar Əlinin onlara qalib gəlməsindən qorxmurlar. Sən gəl, onların 
arasına bir məsələ at, onu rədd etsələr də ixtilafa düşsünlər, qəbul etsələr də. 
Onları Allahın kitabına dəvət et və Quranları mizraqların uclarına keçir. Beləcə 
istədiyinə çatacaqsan. Bunu sənin üçün sona saxlayırdım”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin