Ali-Muhəmmədin sirləri
177
Əmr gülərək dedi: “Sən kimsən ki, Əlini aldada biləsən?! Lakin,
yazmaq
istəyirsənsə, yaz”.
Süleym deyir: “Müaviyə Əliyə (ə) bir məktub yazdı və Səkasək əhlindən
Abdullah ibn Uqbə adlı bir nəfərlə onu göndərdi: “Həqiqətən döyüşün bizi və
səni bu vəziyyətə gətirəcəyini bilsəydin
və biz də bunu bilsəydik, heç bir zaman
bir-birimizə bu zərərləri yetirməzdik. Əgər ağıllarımız
bizə qalib gəlirsə, yerdə
qalanlarla keçmişi bərpa edib gələcəyi islah edərik.
Məni itaət və beyətə məcbur etməmək şərti ilə səndən Şamı istəmişdim.
Sən bunu rədd etdin və Allah məhrum etdiyin şeyi mənə bəxş elədi.
Mən səni
dünən dəvət etdiyim şeyə bu gündə dəvət edirəm. Sən bəqanı (dünyada qalma-
ğı) mənim istədiyim qədər istəmirsən və fənadan (ölümdən)
mənim qorxduğum
qədər qorxmursan. Allaha and olsun, ciyərlər üzüldü və kişilər getdilər. Biz
(hamımız) Əbdu-Manaf övladlarıyıq. Bizim bir-birimiz
üzərində bir üstünlüyü-
müz yoxdur ki, izzətli onunla alçalsın və zəlil onunla kölə olsun. Vəs-salam!”
Dostları ilə paylaş: