1. “Şəhifə əhli”nin ölüm ayağında söylədikləri Muaz ibn Cəbəlin ölüm vaxtı dedikləri və gördükləri Aban Süleym ibn Qeysdən belə nəql edir: “Şam əhlinin ən elmlisi və ən
çalışqanı olan Muaz ibn Cəbəlin qayınatası Əbdürrəhman ibn Ğanəm əl-Əzdi
Somalinin
1
belə dediyini eşitdim:
“Muaz ibn Cəbəl vəba xəstəliyindən öldü.
2
Öldüyü gün orada idim. İnsan-
lar vəba ilə mübarizə aparırdılar. Evdə onunla məndən başqa heç kəs yox idi.
Bu Səhhakın oğlunun xilafəti dövründə idi. Muaz deyirdi: “Vay olsun mənə!
Vay olsun mənə! Vay olsun mənə! Vay olsun mənə!” Öz-özümə düşündüm:
“Vəba xəstələri sayıqlayar, danışar və qəribə sözlər söyləyərlər”.
Dedim: “Allah sənə rəhm eləsin, sayıqlayırsan?” Dedi: “Xeyr”.
Dedim: “Bəs niyə özünə vay deyirsən?” Dedi: “Allahın dostuna qarşı Alla-
hın düşmənini dost tutduğuma görə!”
Dedim: “O kimdir?” Muaz dedi: “Peyğəmbərin xəlifəsi, vəsisi Əli ibn
Əbu Talibə qarşı Allahın düşmənləri Ətiq (Yaşlı səhabə) və Səhhakın oğlunun
vilayətini qəbul etdiyim üçün!”
Dedim: “Həqiqətən də sən sayıqlayırsan!”. Muaz dedi: “Ey İbn Ğanəm!
Allaha and olsun ki, sayıqlamıram! Allahın Peyğəmbəri və Əli ibn Əbu Talib
deyirdilər: “Ey Muaz ibn Cəbəl! “Əgər Peyğəmbər ölsə və ya öldürülsə xilafəti
Əlidən alacağıq və əsla o xilafətə yetişəməyəcək” deyən sən və yoldaşların
cəhənnəm odu ilə müjdələnin! Sən, Ətiq, Ömər, Əbu Übeydə və Salim”.
Dedim: “Ey Muaz! Bu nə vaxt olub?” Dedi: “Vida Həccində. O zaman biz
vədələşdik ki, Əli qarşısında bir-birimizə kömək edək, biz yaşadığımız müddətdə
xilafətə yetişməsin”. Peyğəmbər vəfat etdikdə onlara dedim: “Mən camaatım olan
ənsarlar barədə sizə təminat verirəm. Siz də Qüreyş barədə mənə təminat verin”.
Peyğəmbərin dövründə Əliyə qarşı bağladığımız müqaviləyə Bəşir ibn Səid
3
və
Üseyd ibn Hüzeyri də dəvət etdim və onlar da bu məsələdə mənə beyət etdilər”.
1
Əbdürrəhman ibn Ğanəm Peyğəmbər (s) zamanında müsəlman olmuşdu. Amma onu görmədi
və faydası toxunmadı. Şam əhlinin əksəriyyətinə və tabeinlərə fi qh öyrədən o olub.
2
Bu hicrətin 18-ci ilində baş verib.
3
Bəşir ibn Səid Xəzrəc qəbiləsinin başçısı idi. Əbu Bəkrin xilafəti dövründə Yəməndə öldürül-
184 Suleym ibn Qeys Hilali Dedim: “Ey Muaz! Sən həqiqətən də sayıqlayırsan!” Dedi: “Yanağımı yerə
qoy!” Ölənə qədər “Vay olsun mənə! Ölüm olsun mənə!” deyə bağırdı.