181 HƏDİS 36
Peyğəmbərin (s) İmam Əli (ə) üçün duası Aban Süleymdən Miqdaddan Əli (ə) barəsində belə soruşduğunu nəql edir:
“Peyğəmbərlə (s) birgə səfər edirdik (bu, Peyğəmbərin (s) qadınlarına hicabı
əmr etməsindən əvvəl idi). Əli (ə) Peyğəmbərə (s) xidmət edirdi, ondan başqa
xidmətçisi yox idi. Həmçinin Peyğəmbərin (s) yalnız bir yorğanı vardı. Aişə də
onunla (s) idi.
Peyğəmbər (s) Əli (ə) ilə Aişənin arasında bir yorğanın altında yatır-
dı. Peyğəmbər (s) gecə namazına qalxarkən əli ilə yorğanı ortadan döşəyə
toxunanadək yerə birləşdirər, bundan sonra namaza başlardı.
Bir gün Əlini (ə) qızdırma tutdu, səhərədək yata bilmədi. Peyğəmbər də
(s) onunla birgə səhərədək ayıq qaldı. Gecənin bir hissəsini namaz qılır, bir
hissəsini də Əliyə (ə) baş çəkməyə, səhərədək ona baxmağa gedirdi. Səhabələrlə
sübh namazını qıldıqdan sonra dedi: “İlahi, Əliyə şəfa və sağlamlıq ver, onun
ağrılarına görə mən də gecəni oyaq qalmışam”. Bu duadan həmən sonra Əli
sağaldı, sanki heç bir narahatlığı və xəstəliyi olmamışdı.