Muhəmməd ibn Hənəfi yyənin dörd min əsgərlə Müaviyyənin ordusunun üzərinə həmləsi Təxminən dörd min nəfər hücuma keçdi. Əli (ə) Muhəmməd Hənəfi yyəni
yanına çağırdı və dedi: “Ey oğlum! Yavaş-yavaş bu bayrağa doğru get! Mizraq-
ları sinələrinə söykədiyiniz zaman nəzərlərimin sənə çatmasını gözlə!” Əlinin
(ə) dediyini etdi.
Əli (ə) onlar kimi bir dəstə hazırladı. Muhəmməd düşmənə yaxınlaşıb
mizraqlarını sinələrinə söykədikdə Əli (ə) hazırladığı dəstənin onlarla birlikdə
hücum etmələrini əmr etdi. Onların üzərinə hücuma keçdilər, Muhəmməd və
onunla birlikdə olanlar eyni vaxta döyüşə başladılar, onları dayandıqları yerdən
uzaqlaşdırdılar və onları öldürdülər.