Cəhənnəmdəki tabuta daxil olması barədə iqrarı Onunla yalnız qaldıqda dedim: Atacan, “La ilahə illəllah!” de”. Dedi: “Heç
vaxt söyləmərəm. Odu görmədən və tabuta girmədən buna gücüm çatmaz”.
Tabutdan danışdıqda sayıqladığını zənn etdim. “Hansı tabut?” dedim. Dedi:
“Atəşdən bir qıfılla qıfıllanmış oddan ibarət bir tabutdur! İçində on iki nəfər var.
Bu dostum və mən onlardanıq”. Dedim: “Səhhakın oğlunu nəzərdə tutursan?”
Dedi: “Bəli! Başqa kimi nəzərdə tutacağam?! Orada başqa on nəfər də var.
Tabut Cəhənnəmdə, üzərində daş olan bir quyudadır. Allah nə vaxt Cəhənnəmi
alovlandırmaq istəsə, bu daşı quyunun üzərindən qaldırar”.
* * * Dedim: “Sayıqlayırsan?” Dedi: “Yox! Allaha and olsun ki, sayıqlamıram!
Allah Səhhakın oğluna lənət eləsin! Yanıma gəldikdən sonra məni Allahın
zikrindən saxlayan o oldu. Nə pis bir yoldaşdır!
1
Allah ona lənət eləsin! Üzümü
1
Onun söylədikləri Qurani-Kərimin iki ayəsinə işarə ola bilər. Bunlar: