185 Bu sözləri Əmirəl-mömininin (ə) təsdiqləməsi Sonra Möminlərin əmiri Əlinin (ə) yanına gəldim
1
. Atamdan eşitdiklərimi
və Səhhakın oğlunun oğlunun atasından eşitdiklərini ona danışdım. Möminlərin
əmiri (ə) dedi: “Bunları mənə səndən və Səhhakın oğlunun oğlundan daha doğ-
ru sözlü bir nəfər onun atasından, sənin atandan, Əbu Übeydədən, Salimdən
və Muazdan mənə nəql etdi”. Dedim: “O şəxs kimdir, ey Möminlərin əmiri?”
Buyurdu: “Bəzi adamlar mənə danışdı”. Kimi nəzərdə tutduğunu anladım
2
və
dedim: “Doğru söylədin, ey Əmirəl-möminin! Mən bir insanın bunları sənə
söylədiyini zənn etdim. Halbuki atam bunları söylədikdə yanında məndən baş-
qa heç kəs yox idi”.
Süleym Əbdürrəhman ibn Ğanəmə dedi: “Muaz vəbadan öldü. Əbu Übeydə
ibn Cərrah bəs hansı xəstəlikdən öldü?” Dedi: “Dübeylədən”
3
.