Peyğəmbərin (s) Əli (ə) üçün Rəbbindən diləyi
Sonra Peyğəmbər (s) buyurdu: “Müjdələr olsun, ey Əli!”. Bunu deyərkən
səhabələri də yanında idi. Əli (ə) dedi: “Ya Peyğəmbər, Allah səni xeyirlə
müjdələsin və məni sənə fəda etsin!”. Peyğəmbər (s) buyurdu: “Mən bu gecə
Allahdan bir şey dilədim və O mənə əta etdi. Rəbbimdən özüm üçün elə bir
şey istəməmişəm ki, sənin üçün də eynisini istəməyim. Mən Rəbbimdən
səninlə mənim aramda qardaşlıq yaratmasını istədim, bunu etdi, Ondan səni
məndən sonra bütün möminlərə vəli qərar verməsini istədim, bunun belə ol-
masına hökm etdi, mənə nübuvvət və risalət libası geyindirdiyi kimi sənə də
vəsilik və şücaət libası geyindirməsini istədim, bunu da qəbul etdi, səni mənim
vəsim, varisim, elmimin xəzinəsi etməsini dilədim buna da qərar verdi, sənin
mənə olan nisbətini Harunun Musaya olan nisbətindən etməsini, səninlə məni
qüvvətləndirməsini və işimə ortaq etməsini istədim bunun belə olmasına hökm
verdi, sadəcə məndən sonra peyğəmbərin olmayacağını buyurdu. Mən də razı
182
Suleym ibn Qeys Hilali
oldum. Səni qızımla evləndirməsini, övladlarımın atası etməsini dilədim, bu-
nun belə olmasını qəbul etdi”.
Səhabələrdən bir nəfər dedi: “Nə istədiklərinizi görürsünüz, Allaha and
olsun ki, əgər Rəbbindən ona düşmənlərinə qarşı yardım üçün bir mələk
göndərməsini, yaxud özünün və səhabələrinin faydalanacağı bir xəzinə
göndərməsini diləsəydiniz (belə ki, ona da ehtiyacı var) bunlardan daha xe-
yirli olardı!” başqa bir səhabə isə dedi: “Allaha and olsun ki, bir sa` xurma
istəsəydiniz, bu onun üçün daha yaxşı idi”.
Ali-Muhəmmədin sirləri
183
HƏDİS 37
Dostları ilə paylaş: |