Ali-Muhəmmədin sirləri
187
yerə qoy!” Yanağını yerə qoydum. Mən gözlərini bağlayana qədər “Vay olsun
mənə!” deyə bağırdı.
Sonra Ömər içəri girdi. Həmin vaxt artıq atamın gözlərini yummuşdu.
Dedi: “Məndən sonra bir şey söylədi?” Dediklərini ona danışdım. Dedi: “Allah
Peyğəmbərin xəlifəsinə rəhm eləsin! Bu sözləri gizli saxla. Şübhə yoxdur ki,
bu sözlər sayıqlamadır. Sizin ailə xəstəlik vaxtı sayıqlamaqla məşhurdur”. Aişə
dedi: “Düz deyirsən”. Sonra mənə dedilər: “Heç kim sizdən bu olanlar barədə
bir söz eşitməməlidir, yoxsa Əli ibn Əbu Talib və Əhli-Beyti bu sözlərinizlə
sizi ələ salarlar”.
Süleym deyir ki, Məhəmməddən soruşdum: “Əmirəl-mömininə (ə) bu beş
nəfərin dediklərini kimin söylədiyi barədə fi krin nədir?” Dedi: “Peyğəmbər (s).
O, hər gecə yuxuda Peyğəmbəri (s) görür. Onun Peyğəmbərlə (s) yuxuda danış-
ması, onunla həyatda və oyaq ikən danışması kimidir. Peyğəmbər (s) buyurub:
“Kim məni yuxuda görsə, həqiqətən məni görmüşdür. Çünki Şeytan qiyamət
gününə qədər nə yuxuda və nə də həqiqətdə mənim və vəsilərimdən heç birinin
surətinə girə bilməz”.
Süleym Məhəmməd ibn Əbu Bəkrə dedi: “Sənə bu hədisi kim nəql edib?”
Dedi: “Əli (ə) söyləyib”. Dedim: “Mən də sənin eşitdiklərinin eynisini ondan
eşitmişəm”.
Məhəmmədə dedim: “Ola bilər ki, bir mələk ona bunları desin?” Dedi:
“Bəlkə də”. Dedim: “Məgər mələklər yalnız peyğəmbərlərlə danışırmırlar?”
Dedi: “Məgər Quran oxumursan? “
“Biz səndən əvvəl elə bir rəsul, elə bir nəbi,
Dostları ilə paylaş: