Ali-Muhammedin sirleri indd


Ümmətin haqq və batil əhlinə bölünməsi və bu ikisi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə256/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   252   253   254   255   256   257   258   259   ...   410
Ali-Muhemmedin sirleri

Ümmətin haqq və batil əhlinə bölünməsi və bu ikisi 
arasında gedib-gəlməsi
Aban Süleymdən nəql edir ki, Salman, Əbu Zərr və Miqdad belə deyirlər: 
“Biz Peyğəmbərlə (s) birgə əyləşmişdik, bizdən savayı Peyğəmbərin (s) yanın-
da heç kəs yox idi. Bədr savaşında iştirak edən mühacirlərdən üç nəfər içəri 
daxil oldu.
Peyğəmbər (s) buyurdu: “Məndən sonra ümmətim üç dəstəyə ayrılacaq: 
haqq dəstəsi, ona batildən heç nə sirayət etməyəcək. Onların misalı qırmızı qı-
zıl kimidir, hər dəfə onu odda qızdırdıqda parlaqlığı və gözəlliyi daha da artar. 
Onların imamı bu üç nəfərdən biridir; bir dəstə batil əhlidir. Onlara haqdan heç 
bir şey sirayət etməyəcək. Onların misalı keyfi yyətsiz çürümüş dəmir kimidir. 
Hər dəfə onu odda qızdırdıqda keyfi yyəti daha da azalar və pis qoxusu yayılar. 
Onların imamı bu üç nəfərdən biridir; üçüncü dəstə şübhədə olan azmışlardır. 
Nə birincilərin, nə də ikincilərin yanında qərar tuta bilmirlər. Onların da imamı 
bu üç nəfərdən biridir”.
Süleym deyir: “Onlardan bu üç imam haqqında soruşdum, belə dedilər: 
“Haqq və hidayət imamı  Əli ibn Əbu Talibdir, üçüncü dəstənin imamı Sad 
ibn  Əbu Vəqqasdır”. Üçüncü şəxsin adını onlardan eşitmək istədim. Amma 
söyləməkdən imtina etdilər, kimin qəsd olunduğunu bildiyimi dedilər.
Kufədə olarkən İmam Əlidən (ə) Salmanın, Əbu Zərrin və Miqdadın nəql 
etdikləri, Peyğəmbərin (s) yanında baş vermiş bu hadisəni və “məndən sonra 
ümmətim üç dəstəyə ayrılacaq” sözlərini soruşdum, onların sənin və Sadın adı-
nı çəkdiklərini bildirdim. Üçüncü şəxsin adını çəkmədiklərini, lakin işarə ilə 
kimi qəsd etdiklərini söylədiklərini dedim.
İmam Əli (ə) buyurdu: “Ey Süleym, kədərləndirici haldır ki, Bəni-İsrailin 
qəlbləri buzova olan sevgi ilə dolduğu kimi bu ümmətin də qəlbləri həmin kəsə 
sevgi ilə doludur. Ey Süleym, onun kim olduğu barədə şəkdəsənmi?”. Dedim: 
“Bəli. İstəyirəm ki, mənim üçün onu adını çəkəsən, mən də səndən eşidim və 
yəqinim artsın”.
Dedi: O, həmin yaşlıdır.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin