1. “O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə doğru bir yol tutaydım; Vay halıma! Kaş fi lankəsi özümə dost etməyəydim; And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər). Peyğəmbər də: “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” -deyəcək” (“Furqan” surəsi, ayə 27-30).
2. “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı ürcah edərik və onun (Şeytanın) yaxın dostu olar. (Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər! Nəhayət, o, hüzurumuza gəldikdə (öz yanında olan yoldaşına) belə deyər: “Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!” Bu gün (peşmançılığınız) sizə heç bir fayda