(mühəddəs 1 ) göndərmədik ki...” 2 Ona dedim: “Mələklər Əmirəl-mömininlə
(ə) danışırdılar?” Dedi: “Bəli. Fatimə (s.ə.) mələklərlə danışırdı. Amma ki,
peyğəmbər deyildi. Həmçinin Məryəm mələklərlə danışırdı, amma o da
peyğəmbər deyildi. Musanın anası da mələklərlə danışırdı. O da peyğəmbər
deyildi. İbrahimin zövcəsi Sara mələkləri görürdü. Onu İshaq ilə və ardından
da Yaqubla müjdələdilər. Halbuki o da peyğəmbər deyildi”.
Əmirəl-mömininin (ə) bu söhbəti ikinci dəfə təsdiqləməsi Süleym deyir: “Məhəmməd ibn Əbu Bəkr Misirdə öldürüldüyü zaman
Əmirəl-mömininin (ə) yanına baş sağlığı vermək üçün gəldim. Onunla yal-
nız qaldıqda Məhəmməd ibn Əbu Bəkrin və Əbdürrəhman ibn Ğanəmin mənə
1
Mühəddəs - mələklərin səsini eşidib, amma onları görməyən şəxsə deyilir. Bu barədə müraciət
edilə bilərsiniz: “Bəsairud-dərəcat”, s.320; “Kafi ”, c.1, s.176 və 270; “İxtisas” Şeyx Müfi d,
s.323; “Əmali”, Şeyx Tusi, c.2, s.21.
2
“Həcc” surəsi, ayə 52.
188 Suleym ibn Qeys Hilali dediklərini ona danışdım”. Əli (ə) buyurdu: “Məhəmməd doğru deyib. Allah
ona rəhmət eləsin. O şəhiddir, diridir və (Allah yanında) ruzi yeyir”.