190 Suleym ibn Qeys Hilali Vilayət məsələsi qızıl və gümüşdən daha aşkardır Allahın sizə bildirdiyi və ehsan etdiyi bu məsələ qızıl və gümüşdən
daha aşkardır. Ümmətdən az adam bunu bilir. Ummu Əymən öldü, o, cənnət
əhlindəndir. O, Allahın sənə bildirdiklərinin hamsını bilmirdi. Ona görə də Al-
laha həmd et, Allahın sənə verdiyini götür və şükür elə!
Bil ki, Allah-Təala dünyanı xeyirxaha da, zalıma da verir. Sənin eti-
qad bəslədiyin məsələni Allah məxluqlarından seçdiklərinə bəxş edir. Bi-
zim məsələni məxluqlardan yalnız üç dəstə bilir: müqərrəb mələklər, mürsəl
peyğəmbərlər və Allahın qəlbini imanla imtahan etdiyi bəndə.
Ey Süleym, bu məsələnin təməli təqvalı olmaqdır, buna ancaq təqva və
vərə ilə nail olmaq olar”.