Əbu Übeydə ibn Cərrahın və Əbu Hüzeyfənin azad edilmiş köləsi Salimin ölüm vaxtı dedikləri Süleym deyir: “İbn Ğanəm mənə dedi: “Allaha and olsun ki, ondan
eşitdiklərimi səndən əvvəl iki nəfərdən başqa heç kimə söyləməmişəm. Mu-
azdan eşitdiklərim məni qorxutdu. Bir müddət sonra Həccə getmişdim. Ora-
da Əbu Übeydə ibn Cərrah və Əbu Hüzeyfənin azad edilmiş köləsi Salimin
1
ölümünə şahid olan şəxslərlə qarşılaşdım. Dedim: Salim məgər Yəmamə
döyüşündə öldürülmədi?” Dedilər: “Bəli, amma son nəfəsində onu döyüş mey-
danından çıxardıq”. Hər ikisi də mənə Muazın dediklərinin eynini söylədilər.
Nə artıq, nə də əskik. Həqiqətən də Əbu Übeydə və Salim Muazın dediklərinin
eynisini demişlər.