180
Suleym ibn Qeys Hilali
və aldanmağa ən yaxınlar olaraq başçıları Müaviyə, nabiğənin oğlu, Əbul-
Əvər Sələmi (Əsləmi), Əyyaş ibn Əbu Muit, İslamda hədd cəzası olaraq qam-
çı vurulmuş (Vəlid) və sürgün edilmiş Mərvandan ibarət dəstədir. Onlar ora-
da dayanmış və söyürlər. Əvvəlki günlərdə mənimlə döyüşmədilər, (amma)
söydülər. Mən o zaman onları İslama dəvət edirdim və onlar isə məni bütlərə
ibadət etməyə çağırırdılar. Allaha həmd olsun ki, keçmişdə də və indi də mənə
düşmənçilik edənlər fasiq münafi qlərdir. Həqiqətən, bu, əhəmiyyətli məsələdir.
Bu fasiq münafi qlər bizim yanımızda etibarlı deyillər və İslam üçün təhlükəli
şəxslərdirlər. Bu ümmətin yarısına hiylə qurdular, fi tnənin sevgisini qəlblərinə
doldurdular və onları batilə tərəf sürüdülər. Bizə qarşı savaşa təhrik etdilər və
Allahın nurunu söndürməyə səy göstərirlər. Kafi rlər istəməsə də Allah Öz nu-
runu tamamlayacaq”.
Sonra əsgərlərini onlara hücuma təşviq etdi və dedi: “Onlar qəlbləri uçu-
ran, ard-arda gələn, başları yaran, burunları və sümükləri ayıran, yumruqları
qıran zərbələr olmasa yerlərini tərk etməzlər. Ta ki, alınları dəmirdən payalarla
əzilər, qaşları sinələrinin, çənələrinin və boğazlarının üzərinə dağılar. Din əhli
və mükafat axtranlar haradadır?”
Dostları ilə paylaş: