Xoşbəxtlik və bədbəxtlik əhlinin adları Aban Süleymin İbn Abbasa belə dediyini nəql edir: “Əli ibn Əbu Talibdən
(ə) eşitdiyin ən əzəmətli söz nədir?”
Mənə Əlinin (ə) özündən də eşitdiyim sözləri söylədi. Dedi: “Peyğəmbər (s)
məni (Əlini (ə)) çağırdı, əlində bir kitab da vardı. Buyurdu: “Ey Əli, Bu kitabı
götür”. Dedim: “Ey Allahın peyğəmbəri! Bu kitab nədir?”. Buyurdu: “Allahın
yazdığı bir kitabdır, orada qiyamət günündək ümmətimdən olan xoşbəxtlərin
və bədbəxtlərin adları yazılıb. Rəbbim onu sənə verməyi mənə əmr edib”.