Ali-Muhəmmədin sirləri
169
Əli (ə) buyurdu: “Doqquz nəfəri saydın! Bəs onuncu kimdir?” Zübeyr dedi:
“Sənsən!”. Əli (ə) dedi: “Sən mənim cənnətlik olduğumu təsdiq və iqrar etdin.
Amma mən sənin özün və yoldaşların barədə söylədiklərini inkar edirəm. Allaha
and olsun ki, adlarını saydığın kəslərdən bəziləri cəhənnəmin ən alt təbəqəsində
olan bir quyuda bir tabutun içindədirlər. Bu quyunun üzərində bir daş vardır.
Allah cəhənnəmi alovlandırmaq istədikdə bu daşı qaldırar və cəhənnəm alov-
lanar. Bunları Peyğəmbərdən (s) eşitdim. Əgər belə deyilsə, Allah səni mənə
qalib etsin və sənin əlinlə qanımı töksün. Əgər mən doğru söyləyirəmsə, Allah
məni sənə və yoldaşlarına qalib etsin”.
Zübeyr ağlayaraq yoldaşlarının yanına qayıtdı.
Dostları ilə paylaş: