167 HƏDİS 28
Cəməl savaşı haqqında hədislər Aban Süleym ibn Qeysin belə dediyini nəql edir: Cəməl günü Əli (ə) ilə
birlikdə idik, bizim sayımız on iki min, Cəməl əhli isə yüz iyirmi mindən artıq
idilər.
Peyğəmbərlə (s) bərabər Bədr, Hüdeybiyyə və digər savaşlarda olmuş
ənsar və mühacirdən dörd min səhabə də Əlinin (ə) tərəfi ndə savaşırdı. Bəsrə
və Hicaz, eləcə də Məkkənin fəthindən sonra İslamı qəbul edənlərdən orduya
qoşulanlardan başqa, yerdə qalanları Kufə əhli idilər. Təkcə ənsardan dörd min
adam vardı.
İmam Əli (ə) nə beyətə, nə də savaşa getmək üçün bir nəfəri belə məcbur
etmədi. Onlara səsləndi, Bədr əhlindən yüz yetmiş nəfər, onlara əlavə olara
Ühüd və Hüdeybiyyə savaşlarında iştirak edən ənsarlar gəlmiş, onlardan biri
də kənarda qalmamışdı.
Mühacir və ənsardan hər kəs Əlinin (ə) yanında idi. Ona arxa olub, zəfərə
və yardıma səsləyir, hər kəsi ona tərəf dəvət edirdilər. Onlarla nə savaşmış, nə
çətinliyə salmışdı, öz istəkləri ilə beyət etmişdilər. Amma onların hamısı Allah
yolunda savaşmırdılar.
1
Az sayda adam ona tənə vurur, ona beyət etmir və itaətdən boyun qaçır-
mışdılar. Üç nəfərdən savayı, onlar beyət etmiş, sonra onunla savaşa getməkdə
şəkk etmiş və evlərində oturmağa qərar vermişdilər. Bunlar Muhəmməd ibn
Məsləmə, Səd ibn Əbu Vaqqas və Ömərin oğlu idi.
Üsamə ibn Zeyd bundan sonra təslim oldu, Əlidən (ə) onun üçün dua
etməsini istədi, o da onun üçün bağışlanma dilədi. Üsamə onun düşmənlərindən
uzaqlaşdı, Əlinin haqq üzərində olduğuna şəhadət gətirdi, onun müxalifl ərinin
lənətlənmiş və qanlarının halal olduğunu bəyan etdi”.
1
Yəni, İmamın (ə) onları məcbur etməməsi, niyyətlərinin xalis olması anlamına gəlmir.