Ali-Muhammedin sirleri indd


İmam Hüseynin (ə) dilindən Əmirəl-mömininin (ə)



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə225/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   221   222   223   224   225   226   227   228   ...   410
Ali-Muhemmedin sirleri

İmam Hüseynin (ə) dilindən Əmirəl-mömininin (ə) 
fəzilətləri
Allahın onların barəsində Quranda nazil etdiyi bir ayəni belə nəzərdən qa-
çırmadan hamısını oxuyub təfsir elədi. Peyğəmbərin (s) atası, qardaşı, anası və 
onun barəsində söylədiyi hər bir kəlməni söylədi. Səhabələr isə deyirdilər: “Al-
laha and olsun, bəli, elədir. Bunları Peyğəmbərdən (s) eşitdik və şahidi olduq”. 
Tabeunlar isə deyirdilər: “Allaha and olsun ki, inandığımız və doğru danışan 
kimi tanıdığımız səhabələr bunları bizə danışıblar”. İmam (ə) dedi: “Sizi Allaha 
and verirəm, bunları özünə və dininə güvəndiyiniz şəxslərə də danışın”.
Süleym deyir: “Hüseynin (ə) onları  şahid tutduğu və xatırlatdığı  dəlillər 
bunlar idi:
“Sizə Allahı şahid tuturam! Əshabı arasında qardaşlıq yaradarkən Əli ibn 
Əbu Talibi Peyğəmbər (s) özünə qardaş seçib, onunla özü arasında qardaş-
1
 “İhticac”da onların sayının min olduğu bildirilir.


164
Suleym ibn Qeys Hilali
lıq yaradaraq: “Dünya və axirətdə  sən mənim və  mən də  sənin qardaşınam” 
demədimi?!” Dedilər: “İlahi, elədir!”
“Sizə Allahı şahid tuturam! Peyğəmbər (s) məscid və evləri üçün yer alıb, 
orada məscid, həmçinin doqquz dənə özü üçün və onuncusu da onların ortasın-
da atam üçün, ümumilikdə on dənə ev tikmədimi? 
Sonra onun (Əlinin) qapısından başqa məscidə açılan qapıların hamısını 
bağlatdırdı. Bu barədə narazılıq edib danışan oldu və Peyğəmbər (s) buyurdu: 
“Sizin qapılarınızı bağlayıb və onun qapısını açıq qoyan mən deyiləm. Allah 
mənə sizin qapılarınızı bağlayıb, yalnız onun qapısını açıq qoymağımı  əmr 
etdi”. Sonra Peyğəmbər ondan başqasına məsciddə yatmağı qadağan elədi. Evi 
peyğəmbərin evi ilə iç-içə idi. Orada peyğəmbərin və onun övladları dünyaya 
gəldi”. Dedilər: “Allaha and olsun ki, elədir”.
“Ömər ibn Xəttabın evindən məscidə baxmaq üçün bir göz miqdarında ki-
çik bir dəlik açmaq istədikdə Peyğəmbər (s) mane oldu və ona: “Həqiqətən də 
Allah Musaya pak və  təmiz bir məscid tikməsini, özü, qardaşı Harun və iki 
oğlundan başqa orada heç kəsi məskunlaşdırmamağı əmr etdi. Həmçinin Allah 
mənə də pak və təmiz bir məscid tikməyi, məndən, qardaşımdan və onun iki 
oğlundan başqa bir kəsin orada yaşamamasını əmr etdi”. Bunu bilmirsiniz?!” 
Səhabələr dedilər: “Allaha and olsun ki, bəli, elədir”.
“Sizə Allahı şahid tuturam! Allahın Peyğəmbəri (s) Qədir Xum günü onu 
vəlisi təyin edib vilayətini elan elədi və sonra da: “Burada olanlar olmayanlara 
çatdırsın” demədimi?!” Dedilər: “Allaha and olsun, bəli”.
“Sizə Allahı şahid tuturam! Allahın Peyğəmbəri (s) Təbuk döyüşündə ona: 
“Sənin mənə nisbətin Harunun Musa nisbəti kimidir və sən məndən sonra bü-
tün möminlərin mövlasısan” demədimi?!” Dedilər: “Allaha and olsun, elədir”.
“Sizə Allahı şahid tuturam! Allahın Peyğəmbəri (s) Nəcran xristianlarını 
mübahələyə dəvət etdikdə özü ilə ondan, zövcəsindən və iki oğlundan başqa-
sını yanında gətirmədi. Bunu bilirsiniz?” Dedilər: “Allaha and olsun, bilirik”.
“Sizə Allahı şahid tuturam! Allahın Peyğəmbəri (s) Xeybər döyüşündə bay-
rağı ona verib: “Bayrağı Allahı və Peyğəmbərini sevən, Allahın və Peyğəmbərin 
də onu sevdiyi bir şəxsə təslim edirəm. O geriyə qaçmadan təkrar-təkrar hücum 
edəndir. Allah onun əlilə Xeybəri fəth edəcək” demədimi?!” Dedilər: “Allaha 
and olsun ki, bəli”.
“Allahın Peyğəmbəri “Bəraət” surəsini oxumaq üçün onu göndərdi və bu-
yurdu: “Mənim adımdan yalnız mən və ya məndən olan bir kəsdən başqası 
təbliğ edə bilməz!” Bunu bilmirsinizmi?” Dedilər: “Allaha and olsun ki, elədir”.


Ali-Muhəmmədin sirləri
165
“Peyğəmbər (s) qarşısına çıxan hər bir çətinlikdə hiss etdiyi etibara görə 
onu önündə göndərdiyini və heç vaxt onu adı ilə çağırmayıb “Ey qardaşım!” 
və ya “Qardaşımı yanıma çağırın” dediyini bilmirsiniz?” Dedilər: “Allaha and 
olsun, elədir”.
“Peyğəmbər (s) onunla Cəfər və Zeydin arasında hökm verib: “Ya Əli, sən 
məndənsən, mən də səndən. Sən məndən sonra bütün mömin kişi və qadınların 
mövlasısan” demədimi?” Dedilər: “Allaha and olsun ki, bəli!”.
“Hər gündüz Peyğəmbərlə tək qaldığını və hər gecə yanına getdiyini, sual 
verdikdə Peyğəmbərin (s) cavab verdiyini və susduqda isə Peyğəmbərin danış-
mağa başladığını bilirsinizmi?” Dedilər: “Allaha and olsun, elədir!”.
“Peyğəmbər (s) onu Həmzə və Cəfərdən üstün tutaraq Fatiməyə: “Sənin 
həyat yoldaşın  Əhli-Beytimin  ən xeyirlisi, ilk müsəlmanı,  ən çox helmə  və 
elmə sahibdir” demədimi?” Dedilər: “Allaha and olsun, elədir”.
“Peyğəmbərin (s) belə buyurduğunu bilmirsinizmi: “Mən Adəm övladla-
rının, qardaşım Əli də Ərəbin ağasıdır, Fatimə Cənnət qadınlarının xanımı, iki 
oğlum Həsən və Hüseyn isə Cənnət gənclərinin ağalarıdırlar”. Dedilər: “Allaha 
and olsun, bilirik”.
“Peyğəmbərin (s) öz cənazəsini yumağı  Əliyə tapşırdığını  və bu işdə 
Cəbrayılın ona yardım edəcəyini xəbər verdiyini bilmirsiniz?” Dedilər: “Alla-
ha and olsun, elədir”.
“Peyğəmbər (s) söylədiyi son xütbəsində belə buyurmadımı: “Ey insanlar! 
Mən sizin aranızda iki ağır əmanət qoyuram: Allahın kitabı və Əhli-Beytim. Onlara 
yapışsanız əsla yoldan azmazsınız”. Dedilər: “Allaha and olsun ki, bəli, bilirik”.
Allahın xüsusilə Əli ibn Əbu Talib (ə) və Əhli-Beyti barədə Quranda nazil 
etdiyi və Peyğəmbərinin (s) dilindən söylənən heç bir sözü tərk etmədən hamı-
sına onlara Allahı şahid tutdu. Səhabələr də “Allaha and olsun, bəli, eşitdik” 
deyirdilər. tabeun isə “Allaha and olsun ki, inandığımız və etibar etdiyimiz fi lan 
və fi lan şəxslər bizə bunları nəql etdilər” deyirdilər.
Sonra onları Peyğəmbərin (s) belə söylədiyinə onlara Allahı şahid tutdu: 
“Hər kim məni sevdiyini iddia edib Əliyə kin bəsləsə, yalan danışmışdır. Əliyə 
nifrət etdiyi halda məni sevə bilməzlər”. Bir nəfər həmin vaxt soruşdu: “Ya 
Peyğəmbər, bu necə ola bilər?” Peyğəmbər (s) cavabında buyurmuşdu: “Çünki 
o məndəndir və mən də ondanam. Kim onu sevsə, məni sevmiş, məni sevən də 
Allahı sevmişdir. Və kim ona nifrət etsə mənə nifrət etmiş, mənə nifrət edən də 
Allaha nifrət bəsləmişdir”.
Onlar dedilər: “Allaha and olsun, bəli, eşitdik”. Bundan sonrada dağılıb 
getdilər”.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin