İmam Əlinin (ə) Mehdinin (ə) zühuru barədə xəbəri Sanki sənin övladlarından bədbəxt, lənətlənmiş, axmaq, daş ürəkli və ko-
bud bir nəfəri görürəm. Allah onun qəlbindən şəfqət və mərhəməti çıxarmış-
dır. Dayıları Kəlb qəbiləsindəndir (və ya itdir). Sanki mən ona baxıram, əgər
istəsəm onun adını, vəsfl ərini və neçə yaşı olduğunu da deyə bilərəm.
Mədinəyə bir ordu göndərəcək, oraya daxil olub qətl və iyrənc işlər
görməkdə həddi aşacaqlar. Övladlarımdan pak və saf biri bu vaxt yer üzünü
zülm və fəsadla dolduğu kimi haqq və ədalətlə dolduracaq. Mən onun adını,
həmin vaxt neçə yaşı olduğunu və əlamətlərini bilirəm. O, sənin oğlun Yezidin
qətlə yetirəcəyi oğlum Hüseynin övladlarındandır. O, atasının qanının intiqamı
üçün ayağa qalxacaq. O Məkkəyə gedəcək. Ordunun sahibi mənim övladlarım-
dan pak və təmiz bir şəxsi zeytun ağaclarının altında qətlə yetirəcək.
Sonra ordusu Məkkəyə tərəf hərəkət edəcək. Mən onların başçılarının adı-
nı, saylarını, əsgərlərinin və hətta atlarının xüsusiyyətlərini də bilirəm. Beyda-
ya daxil olduqda Allah onları yerin dibinə batıracaq. Uca Allah buyurur: “Sən