qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuş- duran, sizi yer üzünün xəlifələri edən kimsə?” 1 Buradakı xəlifələr biz Əhli-
Beytik.
Müaviyə ilə yazışmaqda İmam Əlinin (ə) hədəfi Ancaq, ey Müaviyə, bu məktublarımın sənə faydasının olmayacağı-
nı bilirəm. Bəlkə də məndən sonra sənin və oğlunun ümmətə başçı olacağı
xəbərinə sevinirsən. Axirətdən sənin heç bir payın yoxdur. Çünki sən axirəti
inkar edənlərdənsən. Amma yaxın zamanda sənin üçün bu işin təməlini hazır-
layanlar peşman olduğu kimi sən də peşman olacaqsan. Sonrakı peşmançılığın
isə faydası yoxdur.
Məni sənə məktub yazmağa vadar edən amilə gəldikdə isə: mən katiblərimə
şiələrim və səhabələrimin başçıları üçün bu məktubların nüsxələrini çıxarmaq
göstərişini vermişəm. Ola bilsin ki, bu onlara fayda verər, yaxud da sənin
tərəfi ndə olanlardan biri oxuyar, bunun vasitəsilə Allah onu zəlalətdən, sənin
və əshabının zülm və fi tnələrindən hidayətə yönəldər. Məqsədim sənə höccəti
tamamlamaq idi.