150
Suleym ibn Qeys Hilali
Qüreyşin zalımları sənin üzərinə qalxacaqlar. Sənə yardım
edəcək və qolu-
nu qüvvətləndirəcək bir dəstən olmadan onlarla savaşsan səni öldürəcəklərindən
qorxuram. Bununla da Allahın nurunu söndürərlər və yer üzündə Allaha ibadət
edən bir nəfər belə qalmaz. Təqiyyə Allahın dinindəndir, təqiyyəsi olmayanın
dini də olmaz.
Uca Allah bu ümmət arasında təfriqə və ixtilafl arın olacağına hökm verib.
Əgər Allah istəsəydi onları hidayət
üzərinə cəm edərdi, ta ki, məxluqlarından
iki nəfər bir-birilə əsla ixtilaf eləməz, onun əmrləri barədə heç vaxt münaqişəyə
düşməz və rəyət əhli əsla fəzilət sahibinin öz üzərindəki fəzilətini danmaz-
dı. Əgər Allah istəsə intiqamını tezləşdirər və bu
da Ondan Öz hökmünə bir
dəyişiklik olar və nəticədə zalım inkar olunar, haqq bilinər və haqqın harada
olduğu əyan olar. Lakin dünyanı əməl evi, axirəti isə savab yeri etmişdir. Belə
ki,
“Allah pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə
Dostları ilə paylaş: