Ali-Muhəmmədin sirləri
147
Buyurdu: “Xeyr, vəsilərimdir. Onlardan Əli qardaşım, vəzirim, varisim,
ümmətimdə xəlifəm, məndən sonra hər möminin vəlisidir. Ondan sonra on bir
vəsi var. O, vəsilərin birincisi və ən xeyirlisidir. Onun vəsisi bu iki oğlum (əlilə
Həsənə və Hüseynə işarə etdi), sonra oğlum Hüseynin vəsisi, o, qardaşımın ada-
şıdır. Sonra onun övladı olan vəsisi, o da mənim adaşım Muhəmməddir. Sonra
Cəfər ibn Muhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Muhəmməd ibn Əli, Əli
ibn Muhəmməd, Həsən ibn Əli, sonra ümmətin Mehdisi olan Muhəmməd ibn
Həsəndir. Adı adımdan, qanı qanımdandır, mənim əmrimlə əmr edəcək, qadağa-
larımla çəkindirəcək. Yer üzü günah və zülmlə dolduğu kimi onu haqq və ədalətlə
dolduracaq. Biri digərinin ardınca gəlir. Hovuzun başında mənə qovuşacaqlar.
Allahın yer üzündəki şahidləri və məxluqları üzərindəki höccətləridir. Hər kim
onlara itaət etsə Allaha itaət etmiş, onlara qarşı çıxan isə Allaha qarşı çıxmışdır”.
Bədr əhlindən olan yetmiş nəfər və bir o qədər də mühacir ayağa qalxaraq
dedilər: “Unutduğumuzu bizə xatırlatdın. Həqiqətən də biz bunların hamısını
Peyğəmbərdən (s) eşitmişdik”.
Sonra digər suallara keçib Əffanın oğlunun
1
xilafəti barədə Peyğəmbər
(s) məscidində ondan soruşulanların heç birini cavabsız buraxmadı, onları
şahid tutaraq öz fəzilətləri və Peyğəmbərin (s) onun barəsində söylədiklərini
sonunadək söylədi. Orada olan hər bir kəs onu təsdiqləyir, sözlərinin həqiqət
olduğuna və onları Peyğəmbərdən (s) eşitdiklərinə şəhadət verirdilər.
Dostları ilə paylaş: