Ali-Muhəmmədin sirləri
139
edərdi. Çünki o, əminin və bibinin oğlu idi. Sonra ölüm vaxtı yaşlı səhabə
səninlə məsləhətləşmədən və fi krini soruşmadan Səhhakın oğlunu xəlifə təyin
edib ona beyət etdi.
Sonra Səhhakın oğlu səni altı nəfərlik şuraya daxil edib, bütün mühacir və
ənasarı oradan kənarda tutdu. Üçüncü gündə camaatın qılınclarına sarılıb, əgər
bu gecə aranızdan birini xəlifə seçməsəniz boyunlarınızı vuracaqlarına, bunun-
la da Səhhakın oğlunun əmrini və vəsiyyətini icra edəcəklərinə and içdiklərini
görüb İbn Ovfu aranızdan başçı təyin etdiniz. O da Əffanın oğlunun seçib beyət
etdi, siz də onun ardınca beyət etdiniz.
Sonra Əffanın oğlu mühasirəyə alındı, sizdən yardım istədi, ona yardım
etmədiniz, sizi çağırdı, ona cavab vermədiniz. Halbuki onun beyəti sizin boy-
nunuzda idi. Siz, ey mühacir və ənsarlar, hazır olub şahidlik edənlər, işi Misir
əhlinə buraxdığnız, sizdən bir dəstənin yardımı ilə onlar Əffanın oğlu qətlə
yetirdilər. Dolayısı ilə siz onun qatillərindən, qətlinə fərman verənlərdən və onu
tərk edənlərdən oldunuz.
Sonra insanlar sənə beyət etdilər, sən bu işdə məndən daha çox haqq
sahibisən. Əffanın oğlunun qatillərini mənə ver ki, onları öldürüm, mən və
tərəfi mdə olan Şam əhli işi sənə həvalə edib beyət gətirək.
Dostları ilə paylaş: