Peyğəmbər (s) İmam Əli (ə) barəsində Humeyranın qarşısında höccət qoyur Aban Süleymdən Salman, Əbu Zərr və Miqdadın belə dediklərini eşitdiyini
söyləyir və bu barədə imam Əlidən (ə) soruşduğunu, onun da “Düz deyirlər”
söylədiyini bildirir. Onlar mənə dedilər: “İmam Əli (ə) Peyğəmbərin (s) yanına
gəldi, Aişə arxa tərəfi ndə oturmuşdu və Humeyranın üzərində bir əba (kisa)
vardı. Ev adamla dolu idi. Onlardan beşi “kitab” əshabı, beşi isə şura əhli idi.
Oturmağa yer tapmadıqda Peyğəmbər (s) işarə edərək: (arxa tərəfi ni göstərib)
“Burada otur” dedi.
İmam Əli (ə) gəlib Peyğəmbərlə (ə) Humeyranın arasında ərəblərin
əyləşdiyi kimi oturdu. Humeyra onu itələyib qəzəblə dedi: “Oturmağa quca-
ğımdan başqa yer tapmadın?!”.
Peyğəmbər (s) qəzəblənib dedi: “Sus, ey Hümeyrə! Qardaşım Əli barədə
mənə əziyyət eləmə, Həqiqətən də o, möminlərin əmiri, müsəlmanların ağası,
həmd bayrağının sahibi, qiyamət günü üzüağların rəhbəridir. Allah onu Sirat
üzərində oturdub cənnətlə odu böləcək. Dostlarını cənnətə, düşmənlərini isə
oda daxil edəcək.