135 Süleym məktubun surətini köçürür Bu məktubu oxuduqdan həmən sonra cır və yazdıqlarımı gizlət”.
Süleym deyir: “Ziyadın katibi mənə dedi: “Ziyad məktubu oxuduğu zaman
onu yerə çırpdı və üzünü mənə tutub dedi: “Vay olsun mənə, çıxdığım və daxil
olduğum yerlərə! Allaha and olsun, Ali-Muhəmmədin tərəfdarlarından idim.
Onlardan ayrıldım və şeytanın tərəfdarı oldum. Nəticədə belə bir məktub yazan
bu adamın tərəfdarı oldum. Mənim misalım İblisin misalına bənzəyir, təkəbbür,
həsəd və inkar səbəbindən Adəmə səcdə etmədi”.
Süleym deyir: “Axşam olmadan məktubun bir surətini çıxardım. Gecə
düşdükdə Ziyad məktubu istədi, onu cırdı və dedi: “Heç zaman heç kim bu
məktubda yazılanlardan xəbərdar olmamalıdır!” Amma mənim məktubu yaz-
dığımı bilmirdi”.