Ali-Muhammedin sirleri indd


Siffi n savaşı əsnasında Əmirəl-möminin Əli (ə) ilə



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə186/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   182   183   184   185   186   187   188   189   ...   410
Ali-Muhemmedin sirleri

Siffi n savaşı əsnasında Əmirəl-möminin Əli (ə) ilə 
Müaviyənin məktublaşması
Aban Süleymdən nəql edir ki, Əbu Harun Ədbi
1
 ehtimal ki, Ömər ibn Əbu 
Sələmədən belə eşitdiyini deyir:
1. Müaviyənin Əliyə (ə) məktubu
Biz Siffi ndə İmam Əlinin (ə) yanında ikən Müaviyə Əbu Dərdanı və Əbu 
Hüreyrəni çağırıb dedi: “Əlinin yanına gedib ona məndən salam söyləyin, son-
ra deyin:
Allaha and olsun ki, insanlar arasında sənin xilafətə  ən layiqli şəxs və 
məndən daha çox haqq sahibi olduğunu hamıdan yaxşı bilirəm. Çünki sən ilk 
mühacirələrdənsən, mən isə Tüləqalardanam
2
. İslamda sənin malik olduqların 
və Peyğəmbərə olan yaxınlığın, Allahın kitabının və Peyğəmbərin sünnətinin 
elmi məndə yoxdur.
Mühacirlər və  ənsar sənə beyət etməzdən üç günə  əvvəl məşvərət etdilər
sonra heç bir şeyə məcbur edilmədən, müti vəziyyətdə gəlib beyət elədilər. Sənə 
beyət edənlərin ilki Təlhə və Zübeyrdir, lakin sonra beyətlərini pozdular, sənə 
zülm etdilər və haqları olmayan şeyləri tələb elədilər. Mən  Əffanın oğlunun 
əmisinin oğluyam və onun qanının intiqamını tələb edirəm. Eşitmişəm ki, sən 
Əffanın oğlunun qatillərini üzrlü bilib qanının qisasını almaqdan çəkinmisən. 
Düşünürsən ki, o qətlə yetirilən vaxt sən evində olmusan (qətllə heç bir əlaqən 
yoxdur). O qətlə yetirilərkən  sən: “Həqiqətən də biz Allahdanıq və Ona qayıda-
cağıq” deyib “İlahi, mən razı deyiləm, onlara kömək də etməmişəm” söyləmisən. 
Həmçinin Cəməl günündə də onlar “Ey Əffanın oğlu qatillər!” deyib nida etdikdə 
sən dedin: “Bu gün Əffanın oğlunun qatilləri üzüstə oda getdilər! Onu bizmi öl-
dürmüşdük?! Onu həmin iki nəfər və qadın yoldaşları (Humeyra) öldürmüş, onun 
qətlinə fərman vermişdilər, mən isə həmin vaxt evimdə otururdum”.
Mən Osmanın  əmisi oğluyam, onun vəlisiyəm və onun qanının qisası-
nı  tələb edirəm.  Əgər iş  sənin dediyin kimidirsə, o zaman Əffanın oğlunun 
1
 Bu, İmarə ibn Cüveyrədir (yaxud Cəvin).
2
 Məkkə fəth olunan vaxtı azad edilib iman gətirənlər.


138
Suleym ibn Qeys Hilali
qatillərini bizə verib onlardan əmimin qisasını almağıma imkan yarat. Sonra 
sənə beyət edib işi öhdənə buraxaq.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin