Ali-Muhammedin sirleri indd


Əcəmiləri alçaldılması və bunun səbəbi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə182/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   178   179   180   181   182   183   184   185   ...   410
Ali-Muhemmedin sirleri

Əcəmiləri alçaldılması və bunun səbəbi
İbn Əbu Muit mənə dedi ki, Səhhakın oğlunun beş qarışlıq bir ip ilə birlikdə 
Əbu Musa Əşəriyə göndərdiyi məktubu oxuduğunu ona bildirmisən. Səhhakın 
oğlu ona belə yazmışdı: “Bəsrəliləri yanına dəvət et! Kölələrdən və  İslamı 
qəbul etmiş əcəmilərdən kimin boyu bu ipin uzunluğuna çatırsa, boynunu vur”. 
Əbu Musa bu barədə  səninlə  məsləhətləşdi və  sən onu bu işdən çəkindirdin 
və Səhhakın oğlu ilə bu barədə danışmasını məsləhət verdin. Əbu Musa da bu 
barədə Ömərə müraciət etdi və sən məktubunu Səhhakın oğluna apardın. Sən 
bunu kölələrə olan bağlılığın səbəbindən etdin və həmin gün sən Ubeydin oğlu 
olduğunu güman edirdin. Səhhakın oğlunu bu fi krindən döndərənə qədər israr 
etdin. Onu camaatın parçalanacağı ilə qorxutdun və o da fi krindən daşındı. Ona 
dedin: “Sən bu xanədan (Əhli-Beytlə  (ə)) ilə düşmənçilik etdin. Əcəmilərin 
Əlinin ətrafında toplanmayacağından və Əlinin də onların yardımı ilə qiyam 
qaldırıb sənin hökumətini ortadan qaldırmayacağına əminsən?!” Səhhakın oğlu 
də bu işdən əl çəkdi.


134
Suleym ibn Qeys Hilali
Qardaşım! Səhhakın oğlunu  fi krindən daşındırdığın zaman Əbu Süfyan 
nəslində səndən daha bədbəxt bir kəsin doğulmadığını anladım!
Səhhakın oğlu mənə onları öldürmək qərarından əl çəkməsinin Əli ibn Əbu 
Talibdən eşitdiyin bir sözün səbəb olduğunu söylədi. O mənə dedi: “İlk vaxtlarda siz 
bu dinlə əcəmiləri məğlub edəcəksiniz, sonra da onlar sizi məğlub edə cəklər”. Və 
belə demişdi: “Allah sizin əllərinizi əcəmilərlə dolduracaq, sonra onlar qarşınızdan 
qaçmayacaq dərəcədə güc əldə edəcək, boyunlarınızı vuracaq və qənimətlərinizi 
alacaqlar”. Səhhakın oğlu sənə dedi: “Mən bunları Peyğəm bərdən eşitmişdim. 
Elə məhz bunlar məni sənin yoldaşına (Əbu Musaya) onların öldürülməsi barədə 
məktub yazmağa məcbur etdi. Digər şəhərlərdəki nümayəndələrimə də belə məktub 
yazmağa qərar vermişdim”. Sən isə  Səhhakın oğluna dedin: “Ey Möminlərin 
əmiri! Bunu etmə! Çünki Əlinin onları köməyə çağırmasından amanda deyilsən, 
onların sayı olduqca çoxdur. Sən Əlinin və Əhli-Beytinin şücaətindən, səninlə və 
yoldaşınla olan düşmənçiliyindən xəbərdarsan”. Səhhakın oğlunu bu fi krindən 
yayındırdın və mənə onu bu işdən çəkindirdiyini bildirdin. Bunu (kölələrə olan) 
təəssübünə görə etdin, nəinki Əlinin rəvayətinin qorxusundan.
Həmçinin bunu Osmanın xəlifəliyi zamanında  Əli ibn Əbu Talibə  də 
söylədiyini mənə dedin. O sənə belə demişdi: “Əcəmilər - Xorasan tərəfi ndən 
gələcək qara bayraq sahibləridir. Onlar Bəni-Üməyyənin səltənətinə son qoya-
caq və onları gördükləri hər yerdə öldürəcəklər”. 
Ey qardaşım!  Əgər sən Səhhakın oğlunu bu işdən çəkindirməsəydin bu 
adətə çevrilərdi. Onları məhv edib köklərini qurudardı. Ondan sonrakı xəlifələr 
bir nümunə olaraq onu tətbiq edərdilər. Belə ki, onlardan geriyə nə bir tük, nə 
dırnaq və nə də bir od qığılcımı qalmazdı. Onlar dinin fəlakətidirlər!

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin